152) Hamilə qadınlarda hansı antibiotikin istifadəsi döl üçün tam təhlükəsizdir?
A) Tetrasiklin
B) Seftriakson
C) Ofloksasin
D) Vilprafen (cozamisin)
E) Gentamisin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
153) Membranstabilizatorlarına hansı preparat aiddir?
A) Sadalananların hamısı
B) Na kromoqlikat
C) Ca antaqonistləri
D) Na nedokromil
E) Ketotifen
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
154) Qlisiram preparatı hansı bitkidən alınıb?
A) Biyan kökü
B) Andız
C) Dazıotu
D) Bağayarpağı
E) Çobanyastığı
Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
155) Ağciyər arteriyasının hipertenziyasının qiymətləndirilməsində ən informativ qeyri-invaziv müayinə üsulu hansıdır?
A) Exokardioqrafiya
B) Spirometriya
C) Rentgenqrafiya
D) Elektokardioqrafiya
E) Kompüter tomoqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
156) İdiopatik fibrozlaşan alveolitdə, pnevmokoniozlarda ağciyərlərdə gedən fibrozlaşma prosesini ləngidən preparat aşağıdakılardan hansıdır?
A) İzoniazid
B) Prednizolon
C) Delagil
D) Vitamin E
E) Kuprenil
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
157) Hansı bağırsaq paraziti inkişaf dövründə ağ ciyər toxumasını və nəfəs yollarını zədələyir?
A) Strongiloidoz
B) Teniarinxoz
C) Enterobioz
D) Lyamblioz
E) Blastositoz
Ədəbiyyat: Под ред. Н. Р. Палеева “Болезни органов дыхания”. 2000 г.
Dostları ilə paylaş: |