1543) Anoreksogen təsirə malik olan preparat hansıdır?
A) Maninil
B) Metipred
C) Fepranon
D) Xlorpropamid
E) Akarboza
Ədəbiyyat: В.Н.Серов,В.Н.Прилепская,Т.В.Овсянникова «Гинекологическая эндокринология», Москва-2008
1544) Hər üç xəstəlik üçün (Adison xəstəliyi, İtsenko-Kuşinq xəstəliyi və Nelson sindromu) AKTH-un hiperproduksiyası ilə əlaqədar olan xarakter kliniki simptom hansıdır?
A) Dəri striyaları
B) Amenoreya
C) Dərinin hiperpiqmentasiyası
D) Ortostatik hipotoniya
E) Piylənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1545) Hipopituitarizmin əsas etioloji amili hansıdır?
A) Hipoqlikemiya
B) İnfeksiya
C) Şiyen-Simmonds sindromu
D) Nelson sindromu
E) Şişlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
1546) Hipopituitarizmin müalicəsində əsas üsul hansıdır?
A) Cərrahi müdaxilə
B) Əvəzedici hormonal terapiya
C) Fizioterapiya
D) Pəhriz
E) Şua terapiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, «Эндокринология, Национальное руководство», Москва-2008
Dostları ilə paylaş: |