462) Xora xəstəliyinin əsas rentgenoloji əlaməti hansıdır?
A) Atrofiya
B) Hipersekresiya
C) Divarın deformasiyası
D) Hipertonus
E) «Taxça» simptomu
Ədəbiyyat: С.И. Пиманов «Эзофагит, гастрит и язвенная болезнь» 2000 г
463) Epiqastral nahiyədə « acqarına » gecə ağrılarına hansı xəstəlikdə rast gəlinir?
A) Xoralı kolit
B) Mədənin kiçik əyriliyinin xorası
C) Qastroptoz
D) Mədənin kardial hissəsinin xora xəstəliyi
E) 12 - barmaq bağırsağın xora xəstəliyi
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии». 2005г.
464) Simetidin hansı qrup preparatlara aiddir?
A) H2 - histamin reseptorlarını blokada edən
B) H1- histamin reseptorlarını blokada edən
C) Antasid
D) Qeyri - selektiv xolinolitiklər
E) Spazmolitik
Ədəbiyyat: Под общей редакцией В. Т. Ивашкина. «Рациональная фармакотерапия заболеваний органов пищеварения» 2003г.
Dostları ilə paylaş: |