647) Hansı simptom hipertireoz üçün xarakterik deyil?
A) taxikardiya
B) dombagözlük
C) qalxanvari vəzin həcminin artması
D) hipotermiya
E) arıqlama
Ədəbiyyat: Под ред. Мельниченко Г.А. «Практическая эндокринология», 2009 г
648) Şəkərli diabet xəstələrinin pəhrizində hansı ərzağın istifadəsinə məhdudiyyət yoxdur?
A) yumurta
B) balıq
C) marqarin
D) pendir
E) yaşıl tərəvəz
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
649) Hansı hormonlar antaqonist hesab olunurlar?
A) tiroksin - vazopressin
B) adrenalin - vazopressin
C) tiroksin - adrenalin
D) qlükaqon - insulin
E) adrenalin - insulin
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г
650) Hansı vəzi kalsium - fosfor mübadiləsini tənzim edir?
A) epifiz
B) mədəaltı vəzi
C) hipofiz
D) timus
E) qalxanvariətraf vəzi
Ədəbiyyat: Старкова Н.Т. «Клиническая эндокринология» Руководство, 3-е издание, 2002 г Дедов И,И., Мельниченко Г.А. « Рациональная фармакотерапия заболеваний эндокринной системы и нарушения обмена веществ », 2006г
Dostları ilə paylaş: |