760) Uşaqlarda ən güclü qida allergeni hansıdır?
A) Pomidor
B) Inək südü
C) Kələm
D) Kartof
E) Limon
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.77
761) Qida allergiyası daha tez-tez hansı yaşlarda rast gəlinir?
A) Cavan
B) Yetkin
C) Yaşlı
D) Bütün yaş dövrlərində
E) Həyatın ilk ayları və illərində
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.76
762) Neytrofillər hansında iştirak edirlər?
A) Həm anadangəlmə, həm adaptiv (qazanılmış) immunitetdə
B) Sadalananların hamısı
C) Yalnız passiv immunitetdə
D) Yalnız anadangəlmə immunitetdə
E) Yalnız adaptiv (qazanılmış) immunitetdə
Ədəbiyyat: http://highered.mcgrawhill.com/sites/0072507470/student_view0/chapter22/multiple_choice_quiz_2.html
763) Yalançı qida allergiyası əsil qida allergiyasından nə ilə fərqlənir?
A) Reaksiyanı yaradan qida məhsulları ilə
B) Klinik təzahürləri yaradan mediatorlarla
C) Klinik simptomların əmələgəlmə sürəti ilə
D) Klinik təzahürləri ilə
E) İnkişaf mexanizmləri ilə
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya”, prof. L.Allahverdiyeva, Bakı, 2010, səh.88
Dostları ilə paylaş: |