747) Qeyd olunan hansı qlükokortikosteroidlərin inhalə forması yoxdur?
A) Metilprednizolon
B) Flunisolid
C) Flutikazon propionat
D) Budesonid
E) Mometazon furoat
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1577
748) Hansı, inhalə qlükokortikosteroidlərin yerli təsirinə aid deyil
A) Səsin xırıltılı olması hətta afoniya
B) Dişlərin kariyesi
C) Oral kandidoz
D) Səsin xırıltılı olması
E) Ağız selikli qışasının kandidozu
Ədəbiyyat: Prof. Dr.A.Fuat Kalyonçu, “Çocuk ve erişkinde astım ve allerji hastalıkları”, 2010, səh. 249
749) 2 adrenergik aqonistlərin farmokoloji aktivlikləri ilə əlaqədar yan təsirlərinə hansı aid deyil?
A) Hiperqlikemiya
B) Tremor
C) QT intervalının uzanması, aritmiya
D) Taxikardiya
E) Paradoksal bronxokonstriksiya və bronxodilatator desensitizasiya
Ədəbiyyat: Midletons allergi, 2009, səh. 1494
750) Aşağıdakılardan hansı dərman allergiyasının inkişafına meyl yaradan faktorlara aid deyil?
A) Dərmanın verilmə sıxlığı
B) Dərmanların verilmə yolu (daha çox dəri altı və v/d istifadə zamanı)
C) Dərmanlardan istifadə tezliyi
D) Dərmanların istifadə vaxtı (axşamlar daha çox baş verir)
E) Qəbul edilən dərmanın yüksək molekulyar çəkiyə malik olması
Ədəbiyyat: Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.143
Dostları ilə paylaş: |