Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Aşağıdakı testlərdən hansı qırmızı qurd eşənəyi diaqnozunun qoyulmasında önəmli deyil?



Yüklə 1,49 Mb.
səhifə226/515
tarix02.01.2022
ölçüsü1,49 Mb.
#1194
1   ...   222   223   224   225   226   227   228   229   ...   515
736) Aşağıdakı testlərdən hansı qırmızı qurd eşənəyi diaqnozunun qoyulmasında önəmli deyil?
A) AntiSm-anticismlər

B) C3 (komplement 3)

C) Antinuklear anticismlər

D) Anti-dsDNA

E) C reaktiv protein
Ədəbiyyat: Denklig test sınaqları N6. 2 mərhələ, 2011
737) 55-yaşlı kişi, 30 il ərzində gündə 30 siqaret çəkir; qanhayxırmaya görə həkimə gəlib. Hər səhər 5-10 ml miqdarda bəlgəmlə öskürək olur. Fizikal və rentgenoloji müayinədə patologiya aşkar olunmadı. Xəstədə qanhayxırmanın ən ehtimal edilən səbəbi nədir?
A) Bronxoektaziya

B) Xroniki bronxit (XOAX xroniki obstruktiv ağciyər xəstəliyi)

C) Bronxogen karsinoma

D) Ǎ1-antitripsin defisiti

E) Ağciyər vərəmi
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.796-17
738) 40-yaşlı özünü həmişə sağlam hiss edən qadında birdən birə döş qəfəsində ağrılar, qızdırma, və tənəffüsün qısalması əmələ gəlib. Qadın siqareti çox çəkir və heç bir dərman qəbul etmir, peroral kontraseptivlərdən başqa. Fizikal müayinədə taxipnoye və temperaturu 38,3ºC qeyd olunur; perkussiya, auskultasiya, və döş qəfəsi rentgenoqrafiyası heç bir patologiya aşkar etmir. Ən çox ehtimal edilən diaqnoz:
A) Ağciyər xərçəngi

B) Ağciyər damarlarının emboliyası

C) Atipik pnevmoniya

D) Traxeobronxit

E) Bakterial pnevmoniya
Ədəbiyyat: Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.798-28
739) 25-yaşlı hər zaman sağlam olan qadını son həftə sarımtıl bəlgəmlə öskürək narahat edir. Qadında həmçinin burun axılntısı və boğaz ağrısı qeyd olunur. 2-yaşlı oğlu eyni simptomlarla xəstə idi. Xəstənin temperaturu normal; burun, boğaz, qulaq müayinəsi normal, ağcyərləri təmizdir. Xəstəyə uyğun hansı ifadə ən dəqiqdir?
A) Stafilokokk pnevmoniyasıdır

B) Astmanın ilkin əlamətləridir

C) Xəstədə sarımtıl bəlğəmlə öskürək olduğu üçün, ən çox bakterial infeksiya təxmin edilir

D) Fəsillə bağlı allergiyayla əlaqəlidir

E) Xəstədə çox guman ki virus infeksiyasıdır
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 19.1
740) 25-yaşlı qadının ayağında arı sancmasından sonra proqressivləşən qırmızı, isti sahə müşahidə olunur. Sancma kəskin və qısa müddətli olub, qadın arının iynəsini pinsetlə tam çıxarıb. Anamnezində sistem anafilaksiya olmayıb, allergiyası yox. Həkimə arı sancmasından 1 gün sonra gəlib-antihistamin qəbuluna və kortikosteroid kremin istifadəsinə baxmayaraq, zədələnən yer hələ böyüyür. Xəstəyə uyğun ən yaxşı müalicə hansıdır?
A) Xəstəni sakit etmək

B) Qram-pozitiv kokklara qarşı antibiotik

C) Oral prednizolon

D) Gələcəkdə ola bilən arı sancmalarına qarşı epinefrin hazır inyeksiya

E) Topik (yerli) kortikosteroidlər
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 43.2


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   515




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin