976) Naşatır spirti ilə zəhərlənmədə ilk yardım zamanı nə etmək olmaz?
A) Vena daxilinə kristalloid məhlullar
B) Mədə möhtəviyyatını nazik zondla sormaq
C) Vena daxilinə 10% albumin məhlulu
D) Qusma yaratmaq
E) Zəhərin konsentrasiyasını azaltmaq üçün çoxlu su içirmək
Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
977) Yanıqların təsnifatına hansı daxil deyildir?
A) Hipertermiki
B) Kimyəvi
C) Şüa
D) Termiki
E) Elektrik
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
978) Uşaqlarda termiki travmanın ağırlığını düzgün qiymətləndirmək üçün, tənəffüs yollarının yanığında ümumi zədələnmə sahəsinə neçə faiz əlavə edilir?
A) 10 - 12%
B) 4 - 5%
C) 13 - 15%
D) 2 - 3%
E) 7 - 8%
Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
Dostları ilə paylaş: |