1052) ÜİX (ürəyin işemik xəstəliyi) dəyişdirilə bilinməyən risk amili hahsıdır?
A) 50 - 60 - dan yuxarı yaş
B) Piylənmə
C) Dislipidemiyalar
D) Arterial hipertenziya
E) Tütünçəkmə
Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostikası və müalicəsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kliniki protokolu , Bakı, 2009
1053) Miokardın hansı zədələnmələri idiopatik kardiomiopatiya adlandırılır?
A) Miokardın keçirilmiş məlum infeksiyadan sonra zədələnməsi
B) Miokardın hər hansı bir xəstəliyi zamanı zədələnməsi
C) Miokardın koronarogen mənşəli zədələnməsi
D) Miokardın spesifik xəstəliyi
E) Miokardın naməlum etiologiyalı zədələnməsi
Ədəbiyyat: Амосова Е.Н. “Кардиомиопатии”1999, Шлант Р.К., Александр П.В.“ Клиническая кардиология ”, 2000.
1054) Aşağıdakı preparatların hansı ilə β - blokatorların birgə təyini məqsədəuyğun deyil?
A) Verapamil
B) Hipotiazid
C) Aspirin
D) Kaptopril
E) Mevakor
Ədəbiyyat: Беленков Ю.Н, Мареев В.Ю, Агеев Ф.Т « Хроническая сердечная недостаточность» 2006
Dostları ilə paylaş: |