1303) Ev tozunun ən çox allergiya verən tərkibi nədir?
A) Bakteriyaların həyat məhsulları
B) Kif göbələyi
C) İnsan epidermisi
D) Gənəciklər
E) Həşəratların həyat məhsulları
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.17
1304) Aşağıda göstərilən simptomlardan hansı bronxial astmaya xas deyil?
A) Fiziki işdən sonra pasientdə fitverici xırıltılar və ya öskürəyin olması
B) Gecələr pasientdə əzab verici öskürəyin olması
C) Fiziki gərginlik zamanı döş sümüyünün arxasında yanğı hissinin olması
D) Pasiyentdə allergenlərlə kontakdan sonra fitverici xırıltıların, döş qəfəsində tutqunluq hissiyyatının və ya öskürəyin olması
E) Pasiyentdə fitverici xırıltıların olması
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.35
1305) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın diaqnostikasında mühüm rol oynamır?
A) Pikfluometriya
B) Histaminlə bronxoprovokasiya testi
C) Veloerqometriya
D) Fiziki yük bronxoprovokasiya testi
E) Spirometriya
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.36
1306) 32 yaşlı xəstə Həsənov vaxtaşırı ekspirator təngnəfəslikdən və quru öskürəkdən şikayət edir. Bədən t ° C normaldır. Qanın analizində hipereozinofiliya (12 %) tapılıb. Rentgen müalicəsində isə patologiya aşkar olunmur. Bronxkeçiriciliyinin göstəriciləri gün ərzində 30 % dəyişir. Xəstəyə hansı diaqnoz yazarsınız?
A) Ağciyərlərdə eozinofil infiltratı
B) Xronik obstruktiv bronxit
C) Allerqik alveolit
D) Bronxial astma
E) Sarkoidoz
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
Dostları ilə paylaş: |