1307) Aşağıdakı amillərdən hansı bronxial astma tutmasını törətmir?
A) Kimyəvi qıcıqlandırıcı maddələr
B) Sürətli tip allergiya
C) Heyvanların tükü
D) Adrenoreseptorların fəallaşması
E) Dərman qəbulu
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1308) Bronxial astmanın müalicəsində istifadə olunmayan preparat hansıdır?
A) Qlükokortikoidlər
B) Kalsium antoqonistləri
C) Proteolitik fermentlər
D) İntal
E) Ketotifen
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1309) Bronxial astmanın müalicəsində hansı preparat bronxspastik təsir göstərir?
A) Seretid
B) İntal
C) Metoprid
D) Prednizolon
E) Obzidan
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1310) Xəstə Həsənov bronxial astma ilə yanaşı, hipertoniya xəstəliyindən də əziyyət çəkir. Belə halda xəstəyə aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) İzosorbid 5 - mononitrat
B) Nebivalol
C) Raunatin
D) Propranalol
E) Amlodipin
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
1311) Ağciyərlər üzərində fitvari xırıltının eşidilməsi hansı patoloji proses üçün xarakter əlamətdir?
A) Ağciyərlərdə boşluq olması
B) Bronxkeçiriciliyinin pozulması
C) Ağciyər toxumasının bərkiməsi
D) Ağciyərlərdə havanın çox olması
E) Plevra boşluğunda mayenin olması
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
Dostları ilə paylaş: |