136) Bronxoektazların aparıcı kliniki simptomu nədir?
A) Selikli bəlğəmlə öskürək
B) İrinli bəlğəmlə öskürək
C) Arıqlama
D) Boğulma tutmaları
E) Qanhayxırma
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
137) Bronxoektazların yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən müasir qeyri - invaziv diaqnostika üsulu hansıdır?
A) Angioqrafiya
B) Bronxoskopiya
C) Kompüter tomoqrafiya
D) Rentgenqrafiya
E) Bronxoqrafiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
138) Kartagener sindromunun xüsusiyyətləri hansılardır?
A) Bronxoektazlar, mukovissidoz, orqanların transpozisiyası
B) Bronxoektazlar, sinusit, orqanların transpozisiyası
C) Bronxoektazlar, sinusit,hepatosplenomeqaliya
D) Bronxoektazlar, mukovissidoz, sinusit
E) Bronxoektazlar, mukovissidoz, ağ ciyər seqmentinin və ya payının hipoplaziyası
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
139) Bronxoektazların əsas auskultativ əlamətlərinə aşağıdakılardan hansı aiddir?
A) Zəif sərt tənəffüs
B) Krepitasiyalar
C) Yayılmış quru xırıltılar, ara bir yaş xırıltılarla
D) Plevranın sürtünmə küyü
E) Müxtəlif həcmli yaş xırıltılar, ara bir quru xırıltılarla
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
140) Bronxoektazların dəqiq, yüksək həssaslığı və spesifikliyi ilə fərqlənən, invaziv diaqnostika üsulu hansıdır?
A) Angioqrafiya
B) Bronxoqrafiya
C) Kompüter tomoqrafiya
D) Rentgenqrafiya
E) Bronxoskopiya
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
141) Mukovissidoz xəstəliyi tənəffüs orqanlarından başqa hansı sistemi zədələyir?
A) Damar sistemini
B) Sinir sistemini
C) Əzələlə sistemini
D) Həzm sistemini
E) Sümük sistemini
Ədəbiyyat: А.Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001 г.
Dostları ilə paylaş: |