Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Sutka ərzində 500 ml az sidiyin ifraz olunması necə adlanır?



Yüklə 255,47 Kb.
səhifə121/346
tarix02.01.2022
ölçüsü255,47 Kb.
#1222
1   ...   117   118   119   120   121   122   123   124   ...   346
381) Sutka ərzində 500 ml az sidiyin ifraz olunması necə adlanır?
A) Nikturiya

B) Anuriya

C) Oliquriya

D) Normal diurez

E) Poliuriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
382) Pollakiuriya nə deməkdir?
A) Aşağı xüsusi çəkidə sidiyin xaric olması

B) Gecə sidik ifrazının gündüz sidik ifrazından artıq olması

C) Tezləşmiş sidik ifrazı

D) Bərabər vaxt müddətində eyni porsiyalı sidiyin ifrazı olması

E) Sidiyin miqdarının çoxalması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
383) Aşağıdakılardan hansı pielonefritin risk faktorlarına aid deyil?
A) Ginekoloji xəstəliklər

B) Sidik ifrazat traktının obstruktiv prosesləri

C) Üçlü sinirin iltihabı

D) Qadınların sidik kanalının xüsusiyyətləri

E) Menopauza və hamiləlik dövründə hormonal fon
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
384) Aşağıdakılardan hansı nefrotik sindromun diaqnostik kriteriyalarına aid deyil?
A) 3, 5 q/sut - dan çox proteinuriya

B) Kreatininemiya

C) Hiperlipidemiya

D) Hipoalbuminemiya

E) Hiperxolesterinemiya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
385) Hipertenziv nefropatiyanın müalicəsində istifadə olunan I sıra preparatları hansılardır?
A) İmidazolin reseptorlarının aqonistləri

B) Diuretiklər, aldosteronun antaqonistləri

C) Ca + antaqonistləri

D) β - blokatorlar

E) AÇF inhibitorları yaxud angiotenzin II reseptorların antaqonistləri
Ədəbiyyat: Под ред. Н. А. Мухина. «Рациональная фармакотерапия в нефрологии» 2006 г.
386) İzolə olunmuş sidik sindromu ilə müşayiət olunan xroniki qlomerulonefritin variantı hansıdır?
A) Latent

B) Hematurik

C) Qarışıq

D) Nefrotik

E) Hipertonik
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
387) Xroniki qlomerulonefritin hansı variantı üçün ödemlər, massiv proteinuriya, arterial hipertoniya xarakterikdir?
A) Hematurik

B) Hipertonik

C) Nefrotik

D) Latent

E) Qarışıq
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
388) Sidiyin müayinəsində hansı dəyişikliklər böyrək çatışmazlığının qiymətləndirilməsində rol oynayır?
A) Zimnitski sınağında xüsusi çəkinin 1005 olması

B) Nəzərəçarpan silindruriyanın olması

C) Leykosituriyanın olması

D) Makrohematuriyanın olması

E) Proteinuriyanın 3, 5 q / sutkadan artıq olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
389) Hərarətin 38 - 39 dərəcə qalxması, titrətmə və tərləmə, bel nahiyəsində ağrılar, piuriya kimi simptomlar hansı xəstəlik üçün xarakterikdir?
A) Kəskin pielonefrit

B) Kəskin sistit

C) Kəskin qlomerulonefrit

D) Xroniki qlomerulonefritin kəskinləşməsi

E) Böyrək daşı xəstəliyi
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.


Yüklə 255,47 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   346




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin