937) Ev tozunun ən çox allergiya verən tərkibi nədir?
A) Kif göbələyi
B) İnsan epidermisi
C) Bakteriyaların həyat məhsulları
D) Həşəratların həyat məhsulları
E) Gənəciklər
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.17
938) Aşağıda göstərilən simptomlardan hansı bronxial astmaya xas deyil?
A) Fiziki gərginlik zamanı döş sümüyünün arxasında yanğı hissinin olması
B) Pasiyentdə fitverici xırıltıların olması
C) Pasiyentdə allergenlərlə kontakdan sonra fitverici xırıltıların, döş qəfəsində tutqunluq hissiyyatının və ya öskürəyin olması
D) Gecələr pasientdə əzab verici öskürəyin olması
E) Fiziki işdən sonra pasientdə fitverici xırıltılar və ya öskürəyin olması
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.35
939) Aşağıda qeyd olunanlardan hansı bronxial astmanın diaqnostikasında mühüm rol oynamır?
A) Veloerqometriya
B) Histaminlə bronxoprovokasiya testi
C) Pikfluometriya
D) Fiziki yük bronxoprovokasiya testi
E) Spirometriya
Ədəbiyyat: L.İ. Allahverdiyeva, Q. Ağayeva və s. Klinik allerqologiya və immunologiya Bakı -2010, s.36
940) 32 yaşlı xəstə Həsənov vaxtaşırı ekspirator təngnəfəslikdən və quru öskürəkdən şikayət edir. Bədən t ° C normaldır. Qanın analizində hipereozinofiliya (12 %) tapılıb. Rentgen müalicəsində isə patologiya aşkar olunmur. Bronxkeçiriciliyinin göstəriciləri gün ərzində 30 % dəyişir. Xəstəyə hansı diaqnoz yazarsınız?
A) Ağciyərlərdə eozinofil infiltratı
B) Sarkoidoz
C) Xronik obstruktiv bronxit
D) Bronxial astma
E) Allerqik alveolit
Ədəbiyyat: Ağayev M.M. Daxili xəstəliklər. II cild Bakı. 2007, s.202-210
Dostları ilə paylaş: |