424) 1 tip şəkərli diabet üçün nə xarakterikdir?
A) Xəstəliyin tədricən başlanması, laktatasidoza meyillik, qanda insulin miqdarının azalması
B) Xəstəliyin kəskin başlanması, ketoasidoza meyillik, qanda insulin miqdarının azalması
C) Xəstəliyin tədricən başlanması, laktatasidoza meyillik, insulinrezistentlik
D) İnterkurrent xəstəliklər fonunda insulin tələbatının azalması
E) Xəstəliyin kəskin başlanması, qanda insulin miqdarının dəyişilməməsi
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
425) Şəkərli diabet xəstələrində arterial hipertoniyanın müalicəsi üçün seçim preparatları hansılardır?
A) AÇF - inhibitorları
B) Nitratlar
C) β - blokatorlar
D) Diuretiklər
E) Ürək qlikozidləri
Ədəbiyyat: А. Н. Окороков. « Лечение болезней внутренних органов» 1998 г.
426) Bu peroral şəkərsalıcı preparatlardan hansı gün ərzində 1 dəfə qəbul olunur?
A) Qlürenorm
B) Qlibenklamid
C) Minidiab
D) Diabeton
E) Amaril, Diabeton MR
Ədəbiyyat: И. И. Дедов, Г. А. Мельниченко. «Эндокринология» 2004 г.
Dostları ilə paylaş: |