610) Naşatır spirti ilə zəhərlənmədə ilk yardım zamanı nə etmək olmaz?
A) Mədə möhtəviyyatını nazik zondla sormaq
B) Zəhərin konsentrasiyasını azaltmaq üçün çoxlu su içirmək
C) Qusma yaratmaq
D) Vena daxilinə 10% albumin məhlulu
E) Vena daxilinə kristalloid məhlullar
Ədəbiyyat: Ədəbiyyat: Руководство для врачей скорой помощи. В. А. Михайлович, А. Г. Мирошниченко. Санкт - Петербург, «Невский Диалект», 2007
611) Yanıqların təsnifatına hansı daxil deyildir?
A) Şüa
B) Termiki
C) Elektrik
D) Hipertermiki
E) Kimyəvi
Ədəbiyyat: Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
612) Uşaqlarda termiki travmanın ağırlığını düzgün qiymətləndirmək üçün, tənəffüs yollarının yanığında ümumi zədələnmə sahəsinə neçə faiz əlavə edilir?
A) 10 - 12%
B) 7 - 8%
C) 13 - 15%
D) 4 - 5%
E) 2 - 3%
Ədəbiyyat: Ədəbiyyat: Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı – 2009
Dostları ilə paylaş: |