869) Hansı əlamətlər WPW sindromu üçün xarakterik deyil?
A) Paroksizmal supraventrikular taxikardiyanın olması
B) Delta dalğasının olması
C) PQ intervalının uzanması
D) QRS kompleksinin uzanması
E) PQ intervalının qısalması
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
870) Klinik gedişinə görə miokard infarktının hansı forması yoxdur?
A) Aritmik
B) Ağrılı
C) Hematurik
D) Abdominal
E) Astmatik
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
871) Miokard infarktının serebrovaskulyar variantı üçün hansı əlamət xarakterik deyil?
A) Qusma
B) Tutmaşəkilli təngnəfəslik
C) Bayılma
D) Başgicəllənməsi
E) Ürəkbulanma
Ədəbiyyat: Г. Е. Ройтберг. «Внутренние болезни. Сердечно-сосудистая система. Учебник для слушателей повышения квалификации» 2003 г.
Dostları ilə paylaş: |