151) Mantu sınağı hansı məqsədlə aparılmır?
A) Vərəm və digər xəstəliklərin differensial diaqnostikası
B) Müalicəyə nəzarət
C) Tuberkulinə qarşı postvaksinal və infeksion allergiyanın differensial diaqnostikası
D) Tuberkulinə individual həssaslığın təyini
E) Vərəm prosesinin aktivliyinin təyini
Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
152) Vərəmli xəstə ilə təmasda olmuş kliniki sağlam şəxsdə tuberkulin sınağı mənfi və ya şübhəlidirsə, müvafiq müşahidədən sonra təkrar sınaq nə vaxt aparılmalıdır?
A) 1 ildən sonra
B) 6 aydan sonra
C) 3 aydan sonra
D) 2 aydan sonra
E) 1 aydan sonra
Ədəbiyyat: Ədəbiyyat: “Vərəm xəstələrinin aşkarlanması üzrə klinik protokol”, Bakı, 2010
153) Hansı preparatların uzunmüddətli qəbulu fonunda vərəm xəstəliyi yarana bilər?
A) Vitaminlərin
B) Antibiotiklərin
C) Hipotenziv preparatların
D) Qeyri - steroid iltihab əleyhinə preparatların
E) Kortokosteroidlərin
Ədəbiyyat: Ədəbiyyat: A. Г. Хоменко «Туберкулез. Руководство по внутренним болезням».1996 г.
Dostları ilə paylaş: |