265) Aşağıdakılardan hansı xroniki pankreatitin inkişafına səbəb olmur?
A) Bəzi dərman preparatları (azatioprin, furosemid və s.)
B) Metil spirti ilə zəhərlənmə
C) İrsi pozğunluqlar,aminoasiduriya və s.
D) Vitamin C çatışmazlığı
E) Hiperlipidemiya
Ədəbiyyat: V.Ə.Əzizov " Daxili xəstəliklər" Bakı - 2011 , səh 565
266) Sadalanan simptomlardan hansı xroniki enterit üçün xarakterik deyil?
A) Qəbizlik
B) Həddən artıq köpüklü, açıq rəngli nəcisin ifrazı
C) Çəkinin azalması
D) Qanın elektrolit tərkibinin pozulması
E) Orqanizmin susuzlaşması
Ədəbiyyat: А.С.Логинов, А.И.Парфёнов «Болезни кишечника» 2000г.
Dostları ilə paylaş: |