«Araşdırmaların nəticələrinə görə, eramızdan əvvəl III minilliyin
əvvəllərində Şumer mədəniyyəti və sivilizasiyası müəyyən dərəcədə
şərqə - Hindistana doğru, qərbə – Aralıq dənizi sahillərinə və Şimala
- Xəzər dənizinə kimi olan ərazilərə nüfuz etmişdir».
62
Aratta və Şumer
arasında epizodik hərbi münaqişələrin olmasına baxmayaraq, hər iki dövlət
eyni ilahilərə tapınır, hökmdar və məmurları eyni tutulları daşıyır, eyni yazı
sistemindən istifadə edir, çətin məqamlarda bir-birinə yardım göstərirdilər.
Məsələn, köçəri sami tayfaları Uruk şəhərini mühasirəyə alarkən hökmdar
Enmerkar hərbi kömək üçün məhz Arattaya müraciət etmişdir. Dövlət
idarəçiliyi baxımından Aratta hökmdarı şumerli həmkarından fərqli olaraq,
ölkədə dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirirdi. Yeri gəlmişkən,
belə idarəetmə xüsusiyyəti qədim türklərin «xaqan» titulunun mahiyyəti və
«ikibaşlı qartal» rəmzinin sadələşdirilmiş damğa variantı olan, «eltəbər»,
«baltavar», «baltalı», «daraq damğa», «xan damğası», «quşlu damğa»
adlanan qədim işarənin
semantikası ilə üst-üstə düşür. Bundan başqa,
Çingiz xan və tarixi Azərbaycan ərazilərində qədim türk dövlət quruluşunu,
xaqanlıq prinsipini bərpa edən Şah İsmayıl Xətayi də hakimiyyətə gəldikdən
sonra bu ənənədən və həmin işarədən (Səfəvi dövlətində – «quşlu tuğ»
61
С.Крамер, «Шумеры. Первая цивилизация на Земле». М, 2002
62
С.Крамер. Göstərilən əsəri.
Damğalar, rəmzlər… mənimsəmələr
- 57 -
adlanırdı) yararlanmışlar. Bu damğa paralel olaraq «Togrul», «ikibaşlı
qartal» anlamını verir, dövlət idarəçiliyində dini və dünyəvi hakimiyyətin
birliyini ifadə edirdi.
Şumer rəvayətlərinə, xüsusilə, «Enmerkar və Aratta hökmdarı» dastanına
əsasən, bu iki dövlət arasında siyasi rəqabətin kökündə məhz onlardan
hansının ortaq dini mərkəz
olması iddiaları dayanırdı. Belə ki, şumerlərin
də tapındığı ali ilahənin – Yer üzündə bütün insanların protoanası sayılan
İnannanın/Nananın (qədim türklərin analoji ilahəsi olan Humay Ananın
prototipi) baş məbədi Arattada yerləşirdi. Uruk dövləti isə həmin ziyarətgahı
öz ərazisinə köçürmək, nəzir və ianələrə yiyələnmək və bununla da Arattanı
öz vassalı kimi görmək arzusunda idi. Dastanda Enmerkar ilahə İnannaya üz
tutaraq deyir:
«Qoy Arattanın sakinləri mədənlərdən mənim üçün qızıl və
gümüş çıxarsınlar, Urukda, açıq təpənin üzərində sənə möhtəşəm məbəd
tiksinlər və onu bəzəsinlər». Xüsusilə vurğulamaq istərdik ki, «Aratta» bu
ölkənin həqiqi adı deyildir. Tanınmış gürcü alimi Georgi Melikişvili yazır
ki, Urartu hökmdarı I Argiştinin daş kitabələrində, xüsusilə Manna dövlətinə
hərbi yürüşlərindən bəhs edən hissələrdə «Alateye» (Dağlıq ölkə) adına rast
gəlinir.
63
Bu gün nə qədər fantastik təsir bağışlasa da, mütəxəssislər «Alateye»
sözü ilə Mərkəzi Asiyada Alatau dağının adı və semantikası arasında yaxınlığı
xüsusi qeyd edirlər.
Tarixi Azərbaycan ərazilərində həm rəmz, həm də silah kimi istifadə
olunan «üçdişli yabanın» digər adı «
seku» (sekü, sekuy) olmuşdur. XVI
əsrdə yaşamış böyük Azərbaycan şairi Yusif Məddahın «Vərqa və Gülşah»
dastanında digər silahlar və hərbi rəmzlərlə yanaşı sekunun da adı çəkilir,
onun təyinatları aydın göstərilir. Məsələn, şair döyüşün başlanğıcından bəhs
edərkən yazır:
«Çalınır küsi
64
nəfirü kəranay,
65
Tuğu-seku
66
, sancaği-ələm
başlay». Burada üzərində «quşlu damğa» (baltavar, seku) olan
tuğ
başlığı təsvir olunur
. Dastanın digər yerində isə üçdişli ucluğu (seku) olan
hərbədən (məsafədən atılan kiçik nizə, mizraq) danışılır:
«Ol seku hərbə idi
iyi, Urdu bağrından Gülşah od iyi».
67
63
Г.Meликишвили, «Урартские клинообразные надписи». М., 1960
64
Küs/kos - ağac toxmaqla çalınan, at və ya dəvə üzərində daşınan iri ölçülü hərbi təbil.
65
Nəfir və karanay/qaraney - Orta əsrlərdə Azərbaycanın hərbi orkestrlərində – nağaraxana və ya
təbilxanalarda istifadə olunan nəfəsli musiqi alətləri.
66
Tuğu-seku – başlığı «üçdişli yaba» şəklində olan tuğ.
67
Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə, III cild, Bakı, 1984.
Damğalar, rəmzlər… mənimsəmələr
- 58 -
Ardıcıllıqla: Aratta dövlətinin himayəçisi ilahə İnanna öz rəmzi ilə. Ukrayna ərazisində
tapılan və eramızdan əvvəl IV əsrə aid edilən saka-skif tuğ (bayraq) başlığında əski türklərin
Tenqri-Qartal mifologemi əks olunmuşdur. Orta əsr uyğur şahzadəsinin başındakı tacda İnanna
rəmzinin analoqunu görürük.
68
Çingiz xanın və Şah İsmayıl Xətayinin «quşlu» tuğ başlıqları.
69
Bu rəmz Qafqaz Albaniyasının maddi-mədəniyyət nümunələrinin üzərində, Qızıl Orda dövlətinə
aid bayraq başlıqlarında da vardır. Səfəvilər dövləti dönəmindən etibarən «quşlu damğa» rəmzi
«ələm», «pəncə» adları altında şiə məzhəbinin dini atributlarından birinə çevrilmişdir (Cənubi
Azərbaycan, XX əsrin əvvəlləri, Rusiya Dövlət Din Tarixi Muzeyi).
Beləliklə, Arattanın baş ilahəsi İnannanın rəmzinin yayılma marşrutunu
izləsək, Altaylardan Şərqi Avropayadək uzanan geniş bir ərazidəki qədim və
orta əsr türk dövlətlərinin və tayfalarının - kimer, saka/skif, sarmat, Hun, Xəzər,
68
Садри Максуди Арсал. «Уйгурская культура», http://uighur.narod.ru/book/sadri_maksudi_arsal4.html
69
Б.Ögel. «Türk kültür tarihinə giriş», VI cild. Ankara, 1991.
Damğalar, rəmzlər… mənimsəmələr
- 59 -
Avar, Qızıl Orda dövlətlərinin, Çingiz xanının imperiyasının, Eldəgiz, Səfəvi
və Osmanlı xanədanlarının, Krım xanlığının, oğuz və qıpçaq boylarının və
s. damğa işarələrində onun «daraq damğa», «xan damğası», «quşlu damğa»,
«baltavar» (iltəbər, eltəbər), «ikibaşlı qartal» və s. adlar altında müxtəlif forma
və variantlarına
rast gələ bilərik. Bu qənaətdən
göründüyü kimi, S.Kramerin prototürklərin miqrasiyasının Altaylardan qərbə
və cənuba doğru deyil, əksinə, daha qədim dövrlərdən Ön Asiyadan şimal
və şimal-qərb istiqamətində baş verməsi barədə elmi mülahizələri damğa
işarələri vasitəsilə də öz təsdiqini tapmaqdadır. Belə olan təqdirdə damğaların
aparıcı funksiyalarından biri, onların etnosiyasi proseslərin və türk xalqlarının
məskunlaşma ərazilərinin göstəricisi kimi qəbul edilməsi mühüm əhəmiyyətə
malikdir. Doğrudur, türk xalqlarının tarixən nomadlardan - köçəri həyat tərzi
sürən və ortaq dəyərlərə, oturaq mədəniyyətə malik olmayan müxtəlif tayfalar
əsasında formalaşmasını iddia edən və bununla da onların maddi-mənəvi irsinin
mənimsənilməsinə tarixi-ideoloji zəmin yaradan bəzi Qərb və Rusiya alimləri
damğaların bu funksiyasının qabardılmasının ciddi əleyhdarları kimi çıxış
edirlər. Məsələn, türk xalqlarını vahid protovətənə, ortaq dil və mədəniyyətə
malik superetnos deyil, qohum dillərdə danışan ayrı-ayrı toplumlar olduğunu
iddia edən rusiyalı türkoloq Sergey Klyaştornı bu istiqamətdə aparılan
araşdırmaları, eləcə də İsmayıl bəy Qaspirinskinin, Yusif Akçuranın və Ziya
Göyalpın etnik birlik çağırışlarını «pantürkizm ideologiyasının təzahürləri»
kimi dəyərləndirir. Onun fikrincə, hazırda türkdilli xalqların öz tarixlərini
ayrı-ayrılıqda - məskunlaşdıqları ərazi çərçivəsində öyrənməsi «pantürkizm
ideyasına qarşı təsirli cavab reaksiyasıdır». S.Klyaştornı yazır:
«1920-1930-
cu illərdə avtoxtonizm ideyası hakimiyyət tərəfindən güclü siyasi dəstək
almış və etnik mənsubiyyət əsasında müttəfiq və muxtar respublikalar
yaradılmışdır. Məhz bu konsepsiya hər bir xalqın tarixinin əlahiddə
xarakter daşımasının, ümumregional tarixi proseslərin «milli axınlara»
bölünərək öyrənilməsinin ideoloji əsası olmuşdur».
70
Ön Asiyada prototürk tayfalarının tarixən mövcudluğunu, xüsusilə də
prototürklər və şumerlər arasında etnomədəni bağlılığı təsdiqləyən materialların
obyektiv tədqiqini əngəlləyən başlıca amil etnosiyasi xarakterlidir. Məqsəd
isə bu regionda ənənəvi avrosentrizm nəzəriyyəsinin tezislərini alt-üst edən
70
С.Кляшторный. «Симбиоз», журнал «Родина», № 2, 2004.
Damğalar, rəmzlər… mənimsəmələr
- 60 -
qabarıq türk mədəniyyəti izlərinin «irandilli xalqlar», «arilər» və «hind-
Avropa sivilizasiyası» qatı altında gizlətməkdir. Çar Rusiyasında qərbmeyilli
Romanovlar sülaləsinin taxta çıxması ilə başlayan, SSRİ dönəmində isə daha
da inkişaf etdirilən həmin «etnosiyasi məqsədəuyğunluq» indi də öz ətaləti
üzrə mövqelərini saxlamaqdadır. Hətta Altaylardakı etnik damğa işarələrində
«hind-Avropa xalqlarının sivilizasiyasına» aid xüsusiyyətlər axtaran rusiyalı
arxeoloq və etnoqraf Sergey Yasenko da etiraf edir ki,
«damğa işarələrinin
obyektiv şəkildə öyrənilməsinə mane olan ən böyük təhlükə irandilli
Osetiya və İran alimlərinin «vətənpərvərlik» fəaliyyətidir».
71
Şimali
və Cənubi Qafqaz regionunda qədim türk tayfalarına və dövlətlərinə aid
maddi-mədəni irs nümunələrinin, saka-skif mədəniyyətinin, eləcə də damğa
işarələrinin «irandilli xalqlara» məxsusluğu iddiasında müstəsna canfəşanlıq
etmiş mənşəcə osetin olan rusiyalı akademik Vasili Abayevin (əsl adı - Vaso
Abaytı) və onun ardıcıllarının, eləcə də Azərbaycanda olan bəzi həmfikirlərinin
səyləri sayəsində Şimali və Cənubi Qafqazda, o cümlədən tarixi Azərbaycan
ərazilərində aşkar edilmiş qədim damğa işarələri, bir qayda olaraq, ya XIX
əsrin siyasi mifologemi olan «monqol-tatar yürüşlərinin mədəni təsir qalıqları»
elan olunur, ya da XVIII-XIX əsrlərdə «burada məskunlaşmış Dağıstan
heyvandarlarının təsərrüfat fəaliyyətinin izləri» kimi təqdim edilirdi. Bu da son
nəticədə regionun qədim etnotarixi mənzərəsini ciddi təhrif edir, qədim türk
tayfalarının etnik mədəniyyətinin digər xalqlar tərəfindən mənimsənilməsinə
əlverişli şərait yaradırdı. Bununla belə, sovet tarixşünaslığında siyasi
prinsiplərin hökm etdiyi bir vaxtda Azərbaycan arxeoloqları Cəfər Cəfərov
və Əbülfəz Hüseyni Qobustan və Gəmiqaya qayaüstü təsvirlərindəki işarələri
tədqiq edərək, onların qədim türk damğalarının (Cənubi Qafqaz, Mərkəzi
Asiya, Altay) prototipi olduqlarını cəsarətlə bildirmişlər. Professor C.Cəfərov
hələ o dövrlərdə yazdığı elmi əsərlərində Azərbaycan xalqının etnogenezinin,
tarixinin, maddi-mənəvi irsinin, bütövlükdə regionun qədim tarixinin obyektiv
öyrənilməsində həmin rəmz və işarələrin (o cümlədən damğaların) müstəsna
əhəmiyyətini xüsusi vurğulamışdır.
72
Burada bir amili də diqqətə çatdırmaq istərdik. Belə ki, Azərbaycanın qədim
silahları, milli geyimləri, bəzək əşyaları, xalçalar, tikililər, dövlətçilik atributları
71
С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья». Москва:
«Восточная литература», 2001.
72
C. Cəfərov. «Bəzi damğa və işarələrin etimoloji izahı»// Elmi əsərlərin tematik məcmuəsi, Bakı,
ADU, 1984.
Damğalar, rəmzlər… mənimsəmələr
- 61 -
(bayraqlar, metal sikkələr və s.) üzərindəki damğa rəmzləri ilə əski keramika
və misgərlik məmulatı, xüsusilə çox işlənən məişət qablarındakı işarələrin bir
çoxunun məqsəd və təyinatları arasında funksional fərqlər mövcuddur. Bu
fərqlərin nəzərə alınmaması, məsələn, dulus qabları üzərinə bəzək elementi
kimi deyil, əşyanın görünməyən arxa hissələrinə basma və ya cızma üsulu ilə
vurulmuş bəzi sadə nişanların (o cümlədən
və s.) «damğa»
və «rəmz» kimi təqdim edilməsi (hətta onlardan biri Göytürk əlifba işarəsinə
nisbətən bənzəsə də) obyektiv tədqiqat işində müəyyən yanlışlıqlara
səbəb ola bilər. Bir çox hallarda belə işarələrin əsl təyinatı barədə yekdil rəy
olmasa da, mütəxəssislər tərəfindən irəli sürülən iki fərziyyə hələlik qüvvədədir.
Tədqiqatçıların bir qismi onları peşəkar ustaların «müəlliflik şəhadətnaməsi» və
ya müasir terminlərlə desək, ayrı-ayrı dulus emalatxanalarının «brend nişanı»
kimi dəyərləndirir, digərləri isə işarələrin məhz sifarişçilərə aid olduğunu iddia
edirlər. Lakin arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş eyni işarəli qablar
içərisində yüksək səviyyədə hazırlanmış mürəkkəb ornamentli nümunələrlə
yanaşı, çox aşağı keyfiyyətli məmulatın da olması
73
birinci fərziyyənin
doğruluğunu şübhə altına alır. Tarix elmləri doktoru Qafar Cəbiyev kütləvi
istifadə üçün nəzərdə tutulan saxsı məmulatın alt hissələrinə vurulan həmin
nişanların əksər hissəsini haqlı olaraq damğa təsvirlərindən ayırır, onları mental
xarakterli «texniki fərqləndirmə işarələri» adlandırır. Müəllif yazır:
«Etnoqrafik
müşahidələr göstərir ki, məişətdə istifadə üçün nəzərdə tutulan saxsı qablar
əsasən iki halda dəyişik düşə bilər. Onlardan birincisi məmulatın istehsal,
yəni kürədə bişirilmə prosesi ilə əlaqəlidir. Aydındır ki, heç də bütün dulus
emalatxanaları sobalara malik deyildilər. Arxeoloji tədqiqatların nəticələri
göstərir ki, bəzən bir neçə emalatxana birləşib ortaq kürədən istifadə
edirdi. Böyük ehtimalla deyə bilərik ki, bişirilmə prosesinin sonunda ayrı-
ayrı emalatxanaların bir-birinə bənzər qabları dəyişik düşməsin deyə,
onlara qabaqcadan fərqləndirici nişanlar vurulurdu». Digər tərəfdən,
həmin işarələr Azərbaycan xalqına xas qonşuluq, həmrəylik münasibətləri ilə
də bağlı ola bilər. Q.Cəbiyevin başqa bir qənaətinə görə,
«Bir-birinin xeyir və
şərində iştirak etimək, qəminə və sevincinə ortaq olmaq digər xalqlar kimi,
azərbaycanlılar arasında da geniş yayılmış haldır. Aydındır ki, iri məclis
və mərasimləri kənar yardım (qohum-qonşuların köməyi) olmadan təkcə
bir ailəyə məxsus qab-qacaqla yola vermək mümkün deyildir. Odur ki,
73
А.Якобсон. «Художественная керамика Байлакана (Оренкала)”, МИА СССР, № 67, М-Л., 1959.
Damğalar, rəmzlər… mənimsəmələr
- 62 -
həmin qab-qacaq kollektiv məclislərdə istifadə olunarkən itməsin, dəyişik
düşməsin deyə, onların üzərinə bəsit fərqləndirmə işarələrinin vurulduğunu
da güman etmək olar».
74
Yeri gəlmişkən, buna bənzər vərdiş – çox işlənən,
toy və yas məclislərində istifadə edilən saxsı qab-qacağın alt hissəsinin rəngli
boya ilə işarələnməsi ənənəsi Azərbaycanın bir çox kənd bölgələrində bu gün də
qalmaqdadır. Bununla belə, məsələn, Qafqaz Albaniyasına aid edilən gündəlik
məişət qabları üzərində də klassik türk damğa işarələrinə
və
s. rast gəlinir.
75
Xüsusilə vurğulamaq lazımdır ki, Qafqaz Albaniyası maddi-
mədəniyyət nümunələrində daha çox təsadüf olunan damğa işarəsi Hun
Konfederasiyasının aparıcı dulo və ya dulat tayfa birləşməsinin, hazırda Mərkəzi
Asiyada məskunlaşan və təsdiqlənən ehtimallara görə, Qafqaz Albaniyasından
köç etmiş suvarların törəməsi olan alban-suvan tayfasının fərqləndirmə
nişanlarından biri sayılır.
Yuxarıda dəfələrlə xatırlandığı kimi, etnik damğa işarələri xalqın
maddi-mədəni irsinin nümunələrindən biridir. Və o da məlumdur ki, türk
xalqlarının etnogenezi, onların etnomədəni xüsusiyətləri, ortaq dövlətçilik
ənənələri tarixşünaslığın az öyrənilən, bəlkə də, məhz siyasi amillər üzündən
məhdudiyyətlərə məruz qalan sahələrindəndir. Odur ki, Ön Asiya, o cümlədən
Qafqaz və Cənubi Qafqaz, Anadolu ərazilərinin tarixinin tədqiqində,
qədim türklərin burada məskunlaşmasına dair qaranlıq məqamlara aydınlıq
gətirilməsində, ayrı-ayrı xalqların, xüsusilə etnik mənşəyi hələ də mübahisələr
doğuran xalq və tayfa birləşmələrinin (kuti, kas, kimer, saka, massaget, sarmat,
alban/alpan və s.) etnogenezinin dəqiqləşdirilməsində digər maddi-mədəniyyət
nümunələri ilə yanaşı damğa işarələrinin də əhəmiyyəti böyükdür. Tədqiqatların
bu istiqamətdə aparılmasının vacibliyini qabardan amillərdən biri, yuxarıda
dəfələrlə vurğulandığı kimi, Güney, Quzey və Qərbi Azərbaycan torpaqlarında,
Şərqi Anadoluda, Yaxın Şərqdə, Balkanlarda aşkar edilən, eramızdan 4000-
2000 il əvvəllərə aid edilən prototürk damğa işarələrinin və rəmzlərinin Şərqi
Sibir və Mərkəzi Asiyadakı analoji nişanlardan xronoloji cəhətdən daha qədim
olmasıdır. Bu isə türklərin protovətəni və miqrasiya istiqamətləri haqqında siyasi
xarakterli stereotipin - «Altay nəzəriyyəsi»nin elmiliyini şübhə altına alır.
Belə
ki, qədim Şumer, Bibl (Qubla, Finikiya), Kür-Araz, Vinça, Çatal Höyük, Aratta,
Manna, Midiya, Pazırıq, Taşlıq, Afanasyev, Andronov, Sulek və s. arxeoloji
74
Q.Cəbiyev. “Azərbaycan keramikası. XIV-XVII əsrlər”, Bakı, 2003.
75
Yenə orada.
Damğalar, rəmzlər… mənimsəmələr
- 63 -
mədəniyyətlərinə aid əşya və abidələr üzərindəki rəmz və damğaların, qayaüstü
təsvirlərin identifikasiyası, onların müqayisəli təhlili, qrafika texnikası bu irsi
yaradanlar arasında etnomədəni bağlılığın obyektiv şəkildə araşdırılmasının
vacibliyini önə çəkməklə, Ön Asiyanın prototürklərin tarixi vətəni olmasını
əminliklə söyləməyə əsas verir. Məsələn, aşağıdakı təsvirlərdə müxtəlif
regionlarda aşkar edilən qayaüstü tur, keçi və maral rəsmləri arasında məkan və
zaman fərqi olsa da, üslub bənzərliyi özünü qabarıq göstərir.
Ardıcıllıqla: Qobustan, Göyçə (Azərbaycan); Saymalıtaş (Qırğızıstan);Yazgüləm
(Türkmənistan) qayaüstü abidələrində eyini bədii üslubla çəkilmiş qoç, buğa və maral təsvirləri
Ardıcıllıqla: Qobustan, Gəmiqaya (Azərbaycan), Göyçə (Qərbi Azərbaycan), Qərbi
Sibir, Saymalıtaş, Talas (Qırğızıstan), Tamqalıtas (Qazaxıstan) qayaüstü rəsmlərində qədim
inanclardan doğan ortaq kosmoqonik motiv və rəmzlər təsvir olunmuşdur
Tarixi-etnoqrafik sürprizlərlə zəngin olan Naxçıvanda eramızdan əvvəl
IV-I minilliklərə aid Gəmiqaya qayaüstü təsvirləri arasında yer alan
Damğalar, rəmzlər… mənimsəmələr
- 64 -
işarəsi Əli Yazıçıoğlunun (XV əsr) «Təvarixi al-i Səlcuq» və Seyid Loğmanın
«Hünərnamə» (XVII əsr) damğa təsnifatlarına görə, oğuzların bəydili
tayfasının, rəmzi isə Mahmud Kaşğarinin (XI əsr) «Divani lüğət-it Türk»
əsərinə əsasən, əfşar tayfasının tanınma-fərqləndirmə nişanıdır. Həmin
qayaüstü təsvirlər arasında oğuzun alayundluq
və salur tayfalarının
boy damğalarına bənzər analoji işarələr də vardır.
76
Bu gün həmin rəmzlərə
iddialı olan ermənilərin isə, ümumiyyətlə, damğa işarələri olmamışdır.
VIII-X əsrlərə aid edilən, «Vassal bəyliklərin at damğaları» adlanan Çin
əlyazmasında bir sıra türk tayfalarının adları ilə yanaşı, nəsil və mülkiyyət
nişanlarının təsvirləri də verilmişdir. Mətnə əsasən, əski türklərin Se-qu
(kirqut) tayfası öz atlarına
və ya damğalarını vururdular. Bu nişan
Krımdakı Kırkor bəyliyinin rəsmi rəmzinin
bənzəridir və ortaq türk
simvolizmi ənənələrinə görə, işarənin üzünan aşağı çevrilməsi bu bəyliyin
vassal statusuna malik olmasının göstəricisidir. Digər tayfalardan Tun-lo
(tonqra) və Yan-to (tardu) - ; Pu-qu (buqu) - və ; A-de (ediz) -
; Tsi (kubir) - ; Huy-qe (uyğur) -
; Szyu- lo-le (kurabor) -
və ; Yu-mey-hun (yomut hun) -
; Çi - ; A-şi-de (aşide) -
; Sı-tze
(suqir), Tu-syue (türküt) - ; Fu-li (bokli)
-
; Si-tze (aygir) – ;
Nu-la (dulat) - ; Bayan Aşide və Şe-li (şarı) - və ; A-şi-na – (uşin)
-
; Qe-lo-çji (alaçin) -
; Kan-xe-li (kankarlu/kəngərli və ya kanqlu) -
; Şa-to (sart) -
; Çu-Bi -
; Xun (kün) -
; Si (kayı) -
və s.
damğalardan istifadə etmişlər.
77
Xüsusi araşdırma tələb edən məqam eramızın
VIII-X əsrlərinə aid olan bu damğaların xronoloji baxımdan daha qədim
tiplərinin Qobustan -
; Gəmiqaya - və
Qərbi Azərbaycan (Geğam və Abaran) -
qayaüstü
təsvirləri arasında müəyyən olunmasıdır. Bundan başqa, həmin damğaların
oxşarlarına oğuzun bayandur - ; bayat - ; alayuntlu - ; dögər - ;
yıva -
; alkaevli - boylarının işarələrində də rast gəlirik.
Adı çəkilən Çin əlyazmasında maraq doğuran və tarixi Azərbaycan
əraziləri ilə bağlı olan damğalardan biri Aşide tayfasının maral buynuzlarını
xatırladan
işarəsidir. Kitabın rus dilində tərtibçisi, qazaxıstanlı türkoloq
Yuri Zuyev «aşide» etnonimini «asitək» kimi oxuyaraq, həmin tayfanın
Şərqi Türk Xaqanlığının aparıcı boylarından biri olduğunu bildirir. Alman
76
C.Cəfərov. «Bəzi damğa və işarələrin etimoloji izahı». Türk dillərinə dair etimoloji və tarixi-morfoloji
tədqiqatlar. Bakı, ADU-nun nəşriyyatı, 1987.
77
Ю.Зуев. «Тамги лошадей из вассальных княжеств». Перевод из Китайского, том 3. Алма-Ата, 1960.
Damğalar, rəmzlər… mənimsəmələr
- 65 -
tədqiqatçısı Fridrix Hirt isə (1845-1927) nədənsə bu tayfa adını «osset »
(osetin) kimi yozmuş, onların irandilli olması barədə fikir irəli sürmüşdür.
78
Y.Zunev bu mülahizəni qətiyyətlə rədd edərək yazır
: «Bu fərziyyə çətin
ki, qəbul olunsun. Çünki irandilli «ossetlərin» xan nəsli qismində Türk
konfederasiyasında təmsil olunması qətiyyən inandırıcı deyildir. Hətta
Dostları ilə paylaş: |