Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə36/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   32   33   34   35   36   37   38   39   ...   128
DAŞ YUXULAR 
39
Fәrzanidәn ömürlük aralandı. O, tezliklә  mәhkәmәyә 
gedib boşandı,  şәhәrin mәrkәzindәki üçotaqlını müxtәlif 
rayonlarda iki dәnә ikiotaqlıya çevirdi. Bir neçә il ailәsiz 
qalan Fәrid Fәrzani 1986-cı ildә  mәnzilini bakılı rusla 
dәyişib Bakıya köçdü vә elә ilk gündәncә bağışlanılmaz 
sәhvә yol verdiyini anladı.  İndi Fәrzaninin oğlu 20 
yaşındadır. O, atasının yadında nә az, nә çox, elәcә on iki 
yaşında qalıb. Oğlunun günahsız, çaşqın gözlәrini uzun 
müddәt unuda bilmәdi, ürәyini göynәtdi. Әn dәhşәtlisi dә 
bu idi ki, әvvәldәn axıra çınqırını  çıxarmayan oğlan 
әmәliyyat bitәn anda atasına elә nifrәtlә baxdı ki, o cürә 
baxmağı unutmaq mümkünsüz idi. O baxmaq ayrı bir 
baxmaq idi vә  Fәrzaniyә deyirdi ki, sәnin bu hәrәkәtin 
ömür billah bağışlanmayacaq. Doktor günahının nә 
olduğun çox-çox sonralar anladı. Anladı ki, o yaşda uşağın 
düşüncәsinә görә heç bir fәrqi yox idi ki, onun şeyinin 
ucundan bir tikә pülük kәsilib, yoxsa әl barmaqlarından 
biri, Moskva kimi bir şәhәrdә böyüyüb on iki yaşa çatan 
oğlan atanın hansı haqla doğma balasına qarşı belә 
vәhşilik elәdiyini sadәcә ağlına yerlәşdirә bilmirdi. O sәhәr 
doktor canı-qanı  qәdәr istәdiyi  әziz vә sevimli oğlunun 
gözlәrindәn oxudu ki, o bu uşaq üçün tamamilә yaddır. O, 
bu yadlığın, oğlunun gözündә әbәdi yurd salan nifrәtin nә 
zamansa  әriyib itәcәyinә inamında,  әlbәttә, yanılırdı. Bu 
nifrәtin qarşısında duruş gәrirmәk, onu aradan qaldırmaq 
atanın gücündә deyildi, oğul tәrәfdәn isә iynәnin ucu 
qәdәr bağışlama cәhdi yox idi. Doktor Fәrzaninin Bakıda 
yaşadığı müddәt әrzindә qızı iki dәfә yanına gәlmişdi. İndi 
dә heç olmasa hәftәdә bir yol telefon açırdı, sәhhәtiylә 
maraqlanır, necә yaşadığını soruşurdu. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin