Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə83/128
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1058
1   ...   79   80   81   82   83   84   85   86   ...   128
DAŞ YUXULAR 
88
- Bilmirәm. Heç nә yadıma gәlmir. O әcinnәlәr 
ermәni qadını yandıran dәqiqә yoxa çıxdılar. Bir dә 
gördüm vağzalda tәmtәk qalmışam. 
Әhvalatın mәğzini öyrәnәndә Azadә xanımın halı 
xarablaşdı. 
- Gecә yuxuda görürәm ki, bizimkilәr mәni aradan 
götürmәk üçün bir ermәniyә pul verirlәr. 
- Kim? Kimdir sәni öldürtmәk istәyәn? - Az qala 
başını itirәn Azadә xanım öz sәsinә bәnzәmәyәn tamamilә 
yad sәslә qışqırdı. 
- Ermәniyә pulu bizim hakimiyyәtdә olan adamlar 
verirdilәr. 
- Bәsdi! Bu ölkәdә çoxdan hakimiyyәt yoxdur. Olanlar 
da düşmәn dәyirmanına su tökürlәr. Sәncә, Sumqayıtı 
cәhәnnәm oduna qalayan xalqdı? Yox, әzizim, yox! Bu ya 
KQB-nin, ya da hakimiyyәti zәbt edәn bir qrup mafiozun 
әmәlidir. Dünya dağıla, Saday, inanmaram, kimlәrsә 
azәrbaycanlıları belә ağılsız vәhşiliyә tәhrik elәsinlәr. 
- Hansı haqla belә deyirsәn? Axı  sәn  Әylisdә 
olmusan, - artist dәrdli gözlәrini arvadına zillәyib belә dedi 
vә dәrhal da başını uşaq kimi sinәsinә әydi. 
- Hә,  Әylisdә olmuşam, bilirәm ki, türklәr günahsız 
insanların üstünә vәhşi kimi cumub, onlara divan tutublar. 
Amma sәn elә yerdә olmusan ki, orada ermәnilәr minlәrlә 
bәdbәxt azәrbaycanlını yerindәn-yurdundan qovublar. 
Ömründә bir dәfә  sәn, evsiz-eşiksiz qalan, bu gündәn 
sabaha ümidi olmayan o bәdbәxtlәrin halına yanmısanmı? 
Mәgәr aranı  qızışdırıb bu qanı tökәnlәr onlar haqqında 
düşünürmü?  İndi fәrqi yox, qarabağlı, yaxud bakılı 
ermәnilәr olsun, ona görә azәrbaycanlıya tüpürürlәr ki, 


DAŞ YUXULAR 
89
bizi türk hesab elәyirlәr. Bir deyәn yoxdur ki, әgәr sizi türk 
qırıbsa, gedin davanızı da türklә elәyin. Ermәni 
boşboğazların harası bizim primitivlәrdәn artıqdır. Sәn 
niyә bu barәdә düşünmürsәn,  әzizim? Elә bir hala 
düşmüsәn, özün özünü tanımırsan. Bilirsәn necә 
sınıxmısan,  әzizim. Özünә yazığın gәlmir, heç olmasa 
mәnә yazığın gәlsin. 
- Mәn istәyirdim...istәyirdim...Mәn ölmәk istәyirdim, 
Aza, - dedi vә zorla udqundu. 
Azadә xanım anladı ki, әri söz eşidәsi halda deyil
susdu. Saday Sadıqlı tamamilә özünә qapandı.  İndi o, 
nәinki arvadını, hәm dә dünyanı hiss etmirdi. Azadә xanım 
әrinin vağzala getmәyinin sәbәbini indi başa düşdü. Saday 
bütün gün vağzalda ona görә  hәrlәnib-fırlanıb ki, 
uşaqlığının "Bakı-Erevan" qatarının qabağında kimisә 
qarşılasın vә yaxud kimisә yola salsın. Eçmiәdzinә gedib 
xristianlığı qәbul elәmәk xәyalı ilә dolaşan Saday, doğma 
Ordubaddan ötüb keçәn bu qatarla demәk olar ki, hәr gün 
sәfәrә çıxırdı... 
 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin