Daşinmaz əmlakin iSTİsmari iLƏ bağli müLKİ MƏsuliYYƏTİN İcbari siğortasi üZRƏ yaddaş VƏRƏQƏSİ


Sığortalının (sığorta olunanın - xeyrinə icbari sığorta müqaviləsi bağlanmış şəxsin) mütləq bilməli



Yüklə 128,83 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix26.12.2016
ölçüsü128,83 Kb.
#3630
1   2   3
 

Sığortalının (sığorta olunanın - xeyrinə icbari sığorta müqaviləsi bağlanmış şəxsin) mütləq bilməli 

olduğu məsələlər 

Hadisə baş verdikdə nə etməli? 

 

1.



 

Hadisə baş verdikdə _______ telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin. 

2.

 

112  xidməti  vasitəsilə  Fövqəladə  Hallar  Nazirliyinə  dərhal  məlumat  verin,  ehtiyac  olduğu  halda  digər 



aidiyyəti qurumlara xəbər verin. 

3.

 



Hadisə  nəticəsində  xəsarət  alan  şəxslər  varsa,  onların  həyatını  xilas  etmək  üçün  “Təcili  yardım”  (103) 

çağırın. “Təcili yardım” gələnədək xəsarət alanlara ilk tibbi yardım göstərin. 

4.

 

Hadisə nəticəsində dəyən zərərin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün.  



5.

 

Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin. 



6.

 

Zərər  dəymiş  əmlakı  sığorta  şirkəti  ona  baxış  keçirənədək  hadisədən  dərhal  sonrakı  vəziyyətdə 



saxlayın (təmir və ya bərpa etdirməyin).  

7.

 



Zərər  dəymiş  daşınmaz  əmlaka  baxış  keçirilməsi  üçün  sığorta  şirkətinin  nümayəndələrinə  şərait 

yaradın, tələb olunan məlumat və sənədləri onlara verin.  

Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür: 

 

-



 

zərərin  qarşısının  alınması  və  həcminin  azaldılması,  hadisəsinin  nəticələrinin  aradan  qaldırılması 

yaxud  digər  fəsadlara  səbəb  olmaması, 

zərər  dəymiş  əmlakın  başqa  şəxslərin  hərəkətinə  mane 

olmaması,

 əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması 

üçün  zəruri  tədbirlərin  görülməsi, 

o  cümlədən  bu  məqsədlərlə  əmlak  hadisə  yerindən 

kənarlaşdırıldıqda; 


-

 

sığorta  hadisəsi  barədə  məlumatlandırıldıqdan  5  gün  müddətində  sığorta  şirkətinin  nümayəndəsi 



zərər dəymiş əmlaka baxış keçirmədikdə; 

-

 



digər  hallarda  zərər  dəymiş  əmlakın  hadisədən  dərhal  sonrakı  vəziyyətdə  saxlanmamasına  sığorta 

şirkətinin yazılı razılığı olduqda. 

 

8.



 

Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin. 

9.

 

Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta 



şirkətindən  tələb  edin  və  onu  dolduraraq  dərhal  sığorta  şirkətinə  təqdim  edin. 

Yazılı sığorta tələbi sizin 

tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər. 

 

 




Yüklə 128,83 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin