Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı: Daşınmaz Əmlak Sektorunda İdarəçiliyin Qiymətləndirilməsi üzrə İcra Təlimatı


Sahiblik Tipologiyası, institusional xəritə və sektora nəzər



Yüklə 0,58 Mb.
səhifə6/14
tarix21.04.2017
ölçüsü0,58 Mb.
#15042
1   2   3   4   5   6   7   8   9   ...   14

Sahiblik Tipologiyası, institusional xəritə və sektora nəzər


Sahiblik tipologiyası: Ölkə Koordinatoru Torpağa Sahiblik Tipologiyasının birinci variantını hazırlayır ki, bu LGAF-ın icrası zamanı yenidən işlənəcəkdir. Bu tipologiya ekspert tədqiqatçılar tərəfindən istifadə olunur və 9-cu paneldə müzakirə olunur. Sahiblik tipologiyasına aşağıdakı məlumatlar daxildir:

  • Sahibliyin tipləri

  • Sahiblik olan torpaqların sahəsinin müxtəlif tipləri, və adamların sayı və rəqəmlərin doğruluğunu təsdiqləyən qeydiyyatları

  • Potensial ziddiyyətlərin və ya təkrarlamaların təsviri

Giriş hesabatı bəzi xəritələmə məhsullarının təsvir etməklə daha dəqiq rəqəmlər əldə etmək üçün (və əldə etmə xərcləri üçün) variantları göstərməlidir.


Daşınmaz Əmlak Qurumlarının İnstitusional Xəritəsi: Ölkə Koordinatoru aşağıdakılar daxil olmaqla hər bir tematik sahələr üçün torpaq qurumlarının institusional xəritəsini hazırlayır:


  • Bütün səviyyələrdə qurumların baxışdan keçirilməsi (mərkəzi, yerli, adət-ənənə səviyyə əsasında)

  • Özəl sektor provayderlərinin baxışdan keçirilməsi

  • Böyük işçi strukturlarının olması; Adı, vəzifələri, tapşrıqları və s. daxil olmaqla cədvəlin hazırlanması

İnstitusional xəritəyə aşağıdakı sahələrdə qurumlar arasında əlaqələrin effektivliyinin təsviri daxildir:




    • Torpağın inzibati-idarə olunması (qeydlər, qeydiyyat, və təftişlər)

    • Torpaqdan istifadə (planlaşdırma, vergiqoyma, və sahiblik)

    • Özəl sektordan olan provayderlərlə əməkdaşlıq

    • Torpağa dair köçürmə əməliyyatlarının izlənilməsi

Ekspert tədqiqatçılar institusional təhlili daha müfəssəl hazırlayacaqlar.


Torpaq idarəçiliyinin təkamülü, güclü məqamlar və məsələləri Ölkə koordinatorlarından öz ölkələrindəDaşınmaz Əmlakın idarəçiliyinin təkamülü, güclü cəhətlər və ən yaxşı praktika, əsas məsələlər və çətinliklərin baxışdan keçirilməsi tələb olunacaqdır.

4.5GirişHesabatı


EkspertTədqiqatçılara(ET) LGAF-ən təqdim edilməri: Ekspert Tədqiqatçılar (ET) tərəfindən LGAF-ın müfəssəl qavranılması bu Proqramnin uğurlu icrası üçün əhəmiyyətlidir, məsələn giriş məlumatının onlar üçün LGAF-ın internet səhifəsində yerləşdirildiyi kimi. ET Texniki Tapşırıqları (TT) və onun texniki dilini başa düşməlidirlər, çünki tapşırığın başlanğıcında ET-lərlə müzakirələrin aparılması, istənilən potensial məsələlərin göstərilməsi və tapşırıqla bağlı əsas konsepsiyaların bildirilməsi tələb olunur.Ölkə Koordinatoru bütün ET-lər üçün təqdimat sessiyaları təşkil edə bilər.

ET-lara qurumlarla əlaqə saxlanılması və lazım olan məlumatın toplanmasına kömək etmək üçün təqdimat məktubları verilə bilər.



Hesabatlar: Mövcud araşdırmalardan və “boz” ədəbiyyatdan götürülən materiallar giriş hesabatında LGAF-ın göstəriciləri və meyarlarına uyğun olaraq sintez olunacaqdır. Əvvəlcə, ekspert tədqiqatçılar, CC-nin dəstəyi ilə, mövcud qanunverici Proqram, mövcud statistikalar, prosedur hesabatları, təftişlər, araşdırmalar və mövcud məlumatın digər formalarının baxışdan keçirilməsi vasitəsilə lazım olan məlumat və informasiya toplayır.İnformasiya mənbələrinin elektron nüsxələri gələcəkdə platform vasitəsilə istifadə üçün CC-yə təmin edilməlidir.
Hesabatda, ET spesifik qanunları və siyasətləri göstərəcək, mənbələrin siyahısını sadalayacaq və qiymətləndirmələr aparacaqdır (yəni, əlaqə şəxslərinin və məlumatı və nəşrlərin istinadlarını təmin edən qurumların adları və funksiyaları).ET həmçinin faizlərin hesablanmasında istifadə olunan metodologiyanı izah etməlidir.Onun qiymətləndirmələri hesabat olunan məlumat / informasiyanın düzgünlüyü və etibarlılığını təmin etməlidir.İnformasiya boşluğu ekspert tədqiqatçılar tərəfindən aşkar olunmalı və həmçinin hesabatda sadalanmalıdır.

4.6Panel Brifinqlər


Panel briflər panel tərəfindən təşkil olunan giriş materialının, göstərici və meyarların qısaldılmış variantıdır.Giriş hesabatları Ölkə Koordinatoru tərəfindən tərtib olunan doqquz panel brifinqlər üçün bazanı təmin edir.Panel briglər panelistlərə göstəricilər və meyarlar barədə məlumat verir və hər meyar üçün qiymətləndirmə təklif edir (1-2 səhifəlik) və müvafiq balıt övsiyyə edir.

4.7Panel Sessiyalar


LGAF-ın icrasının əsas hissəsi panel sessiyalar vasitəsilə icra olunur.Hər bir panel torpaq idarəçiliyinin müxtəlif mövzularına həsr olunur və müxtəlif iştirakçıları olur.Doqquz panel təşkil olunur.Panel seminarların ardıcıllığı giriş materialından və panelistlərdən asılıdır; əks halda onların göstərilmiş qaydada aparılmasına üztünlük verilməlidir.

Bu panellər 5-dən maksium 10-ə qədər mövzu üzrə mütəxəsislər, peşəkarlar, ekspertlər, və ya panel mövzuya dair dərindən biliyi olan digər iştirakçılardan ibarə olmaqla bir-günlük intensiv sessiyalardır. 9-cu Panel isə nadirdir və ekspert tədqiqatçılardan ibarətdir.Ölkə Koordinatoru əlavə mütəxəsislərin dəvət olunması barədə qərar verə bilər.

Bu panellərmüxtəlif peşə təcrübəsi olan lakin müzakirə olunan mövzu barəsində yaxşı biliyi olan qrupları bir ərsəyə gətirir.Onlar müxtləlif fərziyyələr irəli sürürlər və müzakirəyə öz təcrübələrinin töhfəsini verirlər.Panelin tərkibi Ölkə Koordinatoru tərəfindən, Dünya Bankı və LGAF-ın işinə cəlb olunan digər təşklatlarla konsultasiya ilə və ölkə xüsusiyyətlərini nəzərə almaqla müəyyənləşdiriləcəkdir.

Bu dəvət olunan peşəkarlar, ekspertlər və mütəxəsislər LGAF-ın təyin olunmuş göstəricilərini və digər meyarlarınin toplusunu qiymətləndirirlər. Onlar iclasdan əvvəl panel briflər almalı və şərhlər verməli və panelə gəlməzdən əvvəl artıq meyara bal qiyməti vermiş olmalıdır.

Panel sessiları Ölkə Koordinatoru aparır.Panellərin təşkil olunması və qeydlərin götürülməsi üçün köməkçilərdən istifadə oluna bilər. Sessiya zamanı, panelistlər müfəssəl surətdə meyarların hər birini təhlil və müzakirə edir və uyğun olaraq, növbəti meyara keçməzdən əvvəl konsensual və həvəsləndirici bal qiymətləndirməsini verirlər. Baxmayaraq ki, fikir və təcrübə fərqlilikləri baş verə bilər, panel moderator meyarın dərəcələnməsi paneli zamanı panelin konsensusa gəlməyinə kömək etməlidir.Yanaşma belədir ki, məlumat və digər dəlil təmin etməklə panelistdən öz dərəcələməsini aparmaq istənilir.Hər bir panel də həmçinin strateji tədbirləri müzakirə edir.Müzakirələr yaddaş qeydində yekunlaşdırılır və bu müzakirələrin qeydləri panelistlər tərəfindən baxışdan keçirilir və razılaşdırılır.

Panelistlər müxtəlif institusional konteskt olması səbəbindən meyarı qiymətləndirə bilmirlərsə, mümkündür ki, müxtəlif vəziyyətləri əhatə edən meyarların duplikatından istifadə olunsun (bax Proqramnin qiymətləndirilməsi barədə fəslə).Duplikat olunmuş meyarların nömrələnməsi üçün meyarın sıra nömrəsinə hərf əlavə edilməsi tələb olunur, yəni, LGİ16-1 meyarını LGI 16-1-a və LGI 16-1-b ilə duplikatlaşdırmaq olar.

Panel seminarlarının rahat və neytral iclas otağında aparılması tələb olunur.Ölkə Koordinatoru sessiyanın adekvat tərtibi, panelistlərin iştirakı, qəlyanaltı, iclasın əlyazmasının nüsxələri və əgər lazımdırsa LCD proyektor ekranının olmasının təmin edilməsi üçün məsuldur.

Hər bir panel seminardan sonra, iclasın nəticəsi olaraq müzakirələrin yaddaş qeydinə daxil edilməsi Ölkə Koordinatorunun məsuliyyətidir.Hər bir yaddaş qeydi iclasın nəticələrini, əsas müzakirə qeydlərini və razılaşdırılmış meyar xallarını göstərməlidir.Yaddaş qeydi panel brifinqlərin düzgün əks olunmasının təmin etmək üçün panelistlərə göndəriləcəkdir.



Proqram *.* Panel Sessiyalar üçün Addımlar

  1. Panelistlərin seçilməsi və planlaşdırmanın aparılması

  2. Panelistlər LGAF prosesi, onların tapşırıqları barədə giriş məlumatı olan dəvətnamə alacaq və onlardan öz iştiraklarını təsdiqləmək tələb olunacaqdır.

  3. Panel briflər vaxtında göndərilməli və panelistlərdən panel sessiyadan əvvəl meyarları dərəcələmək tələb olunmalıdır. Bunları telefon zəngi ilə yoxlamaq olar.

  4. Panel LGAF-ın məqsədi və iş üsulu barədə məlumatla başlayır və LGAF-ın təyin olunmuş göstəriciləri və meyarlarının təqdiqmi ilə davam etdirilir. .

  5. Bundan sonra meyarların hər biri ayrılıqda təhlil olunur.

  6. Qiymətləndirmə göstəricinin təqdimi və ilkin təhlilin nəticələrinin təqdimi ilə başlayır. Panelistlərin hər biri təhlillərə şərhlərini vermək və öz dərəcələmələrini təqdim etmək və yekun dərəcələmə barədə consensus müzakirələrin aparılması və strateji tövsiyyələrin tərtibi üçün dəvət olunur.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin