DB/2 – IBM şirkətinin məhsulu olan verilənlər bazasının idarəolunması sistemləri ailəsi. C, C++ və assembler dillərində yazılıb.
Mövzu 2. Lüğət. İT – (INFORMATION TECHNOLOGY) İnformasiya Texnologiyaları
DB – DATABASE
VB – (VISUAL BASIC)- Verilenler Bazası
AMI – (American Megatrends, Inc.) – fərdi kompüterlər üçün BIOS proqram təminatının aparıcı təchizatçısı.
NULL – boş, sıfır – qiyməti olmayan simvolun kodu. NUL simvolunun kompüter üçün mənası var: yaddaşda yer tutur, simvol kimi göndərilir və ötürülür, ancaq heç nə bildirmir, ekranda və ya kağızda yer tutmur və heç nə etmir. Verilən sahələrini tamamlamaq, sətirləri başa çatdırmaq və informasiya bloklarını bir-birindən ayırmaq üçün NUL çox tez-tez istifadə olunur. Kompüterlərin əksəriyyətində istifadə olunan ASCII yığınında NUL-un kodu 0 olur. Kompüter əməliyyatlarında NUL həm də ona göndərilən istənilən informasiyanı “tullayan” qurğu kimi istifadə oluna bilər, yəni kompüter üçün belə qurğu ekran və ya printer kimi fiziki “görünə” bilsə də, NUL alınmış lazımsız və ya test informasiyasını göndərmək üçün “zibil qabıdır”.
DML – DATA MANIPULATION LANGUAGE.
DDL – D ATA D E F I N I T I O N LANGUAGE .
Atribut – hərfi mənada: əlamət, nişanə. Hesablama texnikasında, adətən, iki tip elementlər atribut adlandırılır. Verilənlər bazasında sahənin adı, yaxud strukturu yazının atributu hesab olunur. Atributlar.
İnkapsulyasiya – (paketləşdirmə) məlumatların və/və ya funksiyaların vahid komponent şəklində paketləşdirilməsidir.
İnkapsulyasiya obyekt yönümlü proqramlaşdırmanın əsas anlayışlarından biridir.
Polimorfizm – obyektyönlü proqramlaşdırmada: eyni bir adın müxtəlif prosedurlarda (funksiyalarda) müxtəlif kontekstlərdə işlədilməsi.
Mövzu 3. Lüğət.
Domen – . Verilənlər bazalarının layihələndirilməsi və idarə olunması sistemlərində: verilmiş atributun mümkün qiymətlər çoxluğu;