27. DTS-in xalçaçılıq növü Dekorativ tətbiqi sənətə el arasında “xalq sənəti” də deyilir. Bu sənətin xalçaşılıq, batika (kəlağayı),qobelen,dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac,metal,daş,sümük üzərində oyma) və digər növləri vardır.
Xalq sənətlərinin ən geniş yayılmış növü Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətidir.Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar dəyələrin, çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilir.
Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir.. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palas, cecim, ladı, kilim, şəddə, vərni, zili, sumax və.s.
28. Tasviri incəsənətdə peyzaj(Mənzərə) janrı İncəsənət əsərləri müxətlif janrlara bölünür.Onlardan biridə mənzərə(peyzaj) janrıdır. Peysaj- fransız sözü olub, "hüdudlanmış ərazi" deməkdir. Ən qədim zamanlardan rəssamlar təbiət təsvirinə böyük maraq göstərmişlər.Bu cür əsərləri sənətşünaslar ayrıca bir janr kimi fərqləndirmişlər və adına mənzərə janrı demişlər,bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, müşə, təbiət hadisələrindən götürülmüş tufan,ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir. Peyzajlar yağlı boya , suluboya, quaş, pastel və ya hər hansı bir təzyiq ola bilər. Mənzərə əsərləri mövzu etibarilə müxtəlif olur; məsələn: təbiətin müxtəlif guşələrinin – dağ, dərə, çay meşə, çəmən, səhra və sairin təsviri; və ya təbiət hadisələrinin – tufan, ildırım, yağış, qar və sairin təsviri; eləcə də iqlim və landşaftların təsviri; nəhayət – şəhər və ya sənaye mənzərələrinin təsviri. Bu bölgünü, bu siyahını, bəlkə, uzatmaq da olar. Buna da qüyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Dəniz təsvirləri işləyən ən məşhur rəssamlar Ayvazovski, Surikov, Repin.