25. Qrafika və onun texnikaları(Linoqravyur, ofort və s.) Təsviri sənətin növlərindən biridir. Burada dərin texniki üsullarla işlənmiış rəsmlər daxildir. Yunanca "qraphike" sözündən götürülmüş, "rəsm, şəkil" deməkdir. Qrafika üsulu ilə portret, mənzərə və s. janrlarda rəsmlər yaratmaq mümkündür. Qrafikanın işlənmə texnikası 2 hissəyə ayrılır. Onlardan birincisi ən qədim və ənənəvi rəsmdir. Karandaş rəsmi əsasən kağızda, bəzən isə parça üzərində işlənilir. Bu rəsmlər yalnız bir nüsxədə yaradılır. Qrafikanın ikinci növü qravürdür. Rəsm yalnız vahid nüsxədə olursa, onda eyni keyfiyyətdə bir-neçə nüsxə almaq mümkündür. Qravür çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium aiddir. Metal və ya mis üzərində iynə ilə cızılmış, sonra büsma üsulu ilə işlənmiş qravürə oford deyilir. Daş üzərində həkk olunmuş qravür. Litoqrafiya, ağac üzərində həkk olunmuş qravürə isə ksiloqrafiya, lito yunanca daş, ksilo yunanca ağac deməkdir. Nisbətən sonralar yaranmış linoqravür lindekmu qazmaqla işlənilir.
26. Tasviri sənətin rəngkarlıq növü Rəngkarlıq - Təsviri sənətin bir qoludur. Rəngkarlıq qədim dövrlərə dayanan sənətdir.Rəngkarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdən ibarətdir.Rəngkarlıqda tempera, pastel, akvarel texnikasından istifadə olunur. Rəngkarlıq məzmun etibariə mifoloji, məişət, mənzərə, natürmort, tarixi və s. janrlara bölünür. Rəngkarlıq 3 növə ayrılır-monumental rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlığı Monumental rəngkarlıq — Adətən irihəcimli və açıq havada saxlanıla bilən əsərlər monumental rəngkarlığın nümunəsi hesab olunur. Burada əsasən texnika cəhətdən divarüstü boyakarlıq və freska sənəti xüsusilə fərqlənir.Freska divarüstü boyakarlığın xüsusi növüdür. Binaların daxilində daha çox yaradılır. Freska-hələ də qurumamış yaş mala üzərində çəkilir. Dəzgah rəngkarlığı-Adətən emalatxanalarda, dəzgah üzərində düzəldilir.Sadə rəssam dəzgahı Molbert adlanır.Belə əsərlər adətən binaların daxilində saxlanılır.Ağacdan düzəldilmiş lövhə, kətan və ipək, kağız və karton üzərində çəkilir. Miniatür rəngkarlığı-Rəngkarlığın 3-cü növü olan miniatür rəngarlığı kiçik həcmi incəliyi ilə seçilir.Şərq incəsənətində ən məşhur miniatür bədii məktəblərdən biri Azərbaycanda Təbriz məktəbidir.