Demokratiya nezeriyyesi.
Demokratiya
.XX əsrdə “demokratiya” sözü bütün dünyanın
xalqlarının və siyasətçilərinin ən populyar sözlərindən birinə
çevrilmişdir.Bu gün elə bir nüfuzlu siyasi hərəkat, təşkilat və
yaxud partiya yoxdur ki, demokratiyanın həyata keçirilməsi
iddiasında olmasın.Demokratiya nədir, o özündən nəyi ifadə edir
və onun populyarlıöının səbəbləri nədədir?
Demokratiyanın etimoloji mənası.
Müasir dildə “demokratiya”
sözünün bir neçə mənası vardır.Onun
birinci,
başlıca mənası bu
terminin yaranması ilə, etimologiyası ilə bağlıdır.”Demokratiya”
qədim yunan dilindən “xalq hakimiyyəti” kimi tərcümə olunur.
Demokratiyanın etimoloji anlayışından yaranan
ikinci
şərhi
daha geniş olub, idarəetmə üzvlərin bərabər hüquqlu iştirakına
və çoxluğun razılığı ilə qərarların qəbul edilməsinə əsaslamam
istənilən təşkilatların quruluş formaları kimi qeyd olunur.Bu
mənada partiyaların, həmkarlar təşkilatlarının, istehsal müəssisə-
-lərinin və hətta ailə demokratiyasından danışırlar.Sözün geniş
mənasında dərk olunan demokratiya isə təşkilatların, hakimiy-
-ətin və idarəetmənin olduğu hər bir yerdə mövcud ola bilər.
Demokratiyanın etimoloji anlayışı həmçinin bu terminin
başqa – üçüncü və dördüncü mənaları ilə də əlaqəlidir.Demo-
-kratiya
üçüncü
mənada ictimai quruluşun ideal dəyərlər
sisteminə əsaslanması kimi baxılır.Bu ideal dəyərlərin tərkib
hissəsinə azadlıq, bərabərlik, insan hüquqları, xalqın suverenliyi
və bir sıra başqa dəyərlər daxildir.
Demokratiyaya
dördüncü
mənada xalq hakimiyyəti,demokra-
-tik məqsədlər və idealar uğrunda sosial və siyasi hərəkat kimi
baxırlar.Bu hərəkatlar Avropada mütləqiyyətə qarşı mübarizə
bayrağı altında üçüncü silkin azadlıq və bərabərlik uğrunda
mübarizəsi nəticəsində meydana gəlmiş və tarixin gedişi
nəticəsində tədricən özünün məqsəd və iştiralçılarının əhatə
dairəsini genişləndirmişdir.Müasir demokratik hərəkatlar
olduqca müxtəlifdir.Bunlara sosialdemokratik,milli-demokratik,
xristian-demokratik,liberal-demokratik və başqa hərəkatları
daxil edirlər.
Demokratiyaya normal yanaşma.Demokratiya anlayışı xalq
hakimiyyəti(demokratiyanın xalq hakimiyyəti anlayışından
yaranan başqa şərhləri)kimi normal anlayışdır.Çünki
demokratiya fenomeni insan ideallarından,dəyərlərindən,arzu və
istəklərindən çıxış edən kateqoriyaların qurulmasını şərtləndirən
normal yanaşmaya əsaslanır.Demokratiya bu baxımdan azadlıq,
bərabərlik,insan ləyaqətinə hörmət,əməkdaşlıq və s. kimi
xarakterizə olunur.Demokratiya özünün dəyər məzmununa görə
müasir dünyada ilk növbədə məhz belə populyarlığı ilə
məhşurdur.
Demokratiya anlayışı meydana gəldiyi andan etibarən
dövlətlə bağlı olub.Bu da onun məcburiyyətlə bağlı olduğunu,
ən yaxşı halda isə çoxluğun azlıq üzərində hakimiyyətinin,hər
şeydən yaxşı təşkil olunmuş imtiyazlı azlığın az və ya çox
dərəcədə xalqın nəzarəti altımda olan idarəetmə forması oldu-
ğunu göstərir.Real demokrtiya məsələsinə hələ gələcəkdə daha
ətraflı şəkildə çox baxılacaqdır,bir çox hallarda isə real demok-
ratiya demokratik dəyərlərdən-azadlıq,bərabərlik və i.a. dəyərlə-
rindən demək olar ki,hələ çox uzaqdır.
Demokratiyaya emprik yanaşma.”Poliarxiya”.Utopizm
elementlərinin üzə çıxarilması,demokratiyanın normal
anlayışı ilə reallıq arasındakı,idealla həyat arasındakı
uyğunsuzluq demokratiyanın təhlilinə emprik yanaşmanın
nəticəsidir.Belə halda demokratiya kateqoriyası reallıqdan
çıxış edərək dövlət dəyəri elan olunmasından asılı
olmayaraq qurulur.Demokratiya potensial rəhbərlərin
seçicilərinin etimadını qazanmaq,seçkilərdə təmsil
olunmaq uğrunda rəqabətə əsaslanan idarəetmə forması
kimi şərh olunur.
Demokratiyanın noromalı və emprik anlayışlarının
ziddiyyətli olmasını və bu kateqoriyaların elmdə, gündəlik
dildə istifadə olunması zamanı yaranan qeyri-
münasibətliyini nəzərə alaraq Robert Alen dal və bir sıra
başqa politoloqlar real dövlətlərdə mövcud olan
demokratiyanın ifadə olunması üçün xüsusi termin
“poliarxiya”termininin tətbiq edilməsini təklif etmişlər.
R.Dala görə poliarxiya konkret seçkilərlə xalqın seçdiyi
azlığın idarəetməsidir.Belə idarəetmə həm antik
polislərdə(şəhər dövlətlərində),həm orta əsrlərdəki
respublikalarda mövcud olmuş,həm də ən ümumi seçki
hüququ və siyasi partiyaların hakimiy- yət uğrunda
rəqabəti nəticəsində yaranan müasir konstitusiyalı
dövlətlərdə də geniş yayılmışdır. Demokratiya isə
poliarxiyadan bərabər iştirakını şərtləndirən bir idealdır.
Dostları ilə paylaş: |