Dəri- Zöhrəvi xəstəlik
Mövzu:Orqanizmin fizioloji funksiyalarının gedişində dərinin rolu
Stomatologiya III kurs
Əliyev Orxan
Dərinin mühafizəedici funksiyası Dərinin mühafizəedici funksiyası çoxsahəlidir. Bu funksiyaları aşağıdakı qaydada bölmək olar: mühafizəedici-mexaniki funksiya; su-duz homeostazın mühafizə etmə funksiyası; immunloji funksiya; orqanizmi bioloji, kimyəvi, fiziki amillərdən qoruyan funksiyalar. Buynuz qatı, melanin, dəri sinirləri və dermal birləşdirici toxuma daxil edilməklə, dəridə müəyyən edilmiş strukturlar yaşamaq üçün zəruri olan mühafizə funksiyalarını yerinə yetirir. Dəri orqanizmi lazımi mayeləri itirməkdən, orqanizmə, toksiki agent və mikroorqanizmlərin keçməsindən, ultrabənövşəyi şüalanmanın zərərli təsirindən, ətraf mühitin ekstremal temperaturundan və mexaniki zədələnmədən qoruyur. Buynuz qatı daxili epidermal hidratlaşmış təbəqələrdən suyun itməsini geciktirən, həm də ətraf mühitdən suyun keçməsindən qoruyan aşağı keçiricilik sərhədidir. Buynuz qatının sərhəd xassələri bir neçə nöqteyi-nəzərincə təcrübi əhəmiyyətə malikdir: Birincisi, həddən artıq quruma və ya dəridə iltihabi reaksiyalar buynuz hüceyrələrin normal kompakt təbəqəsinin pozulduğu üçün kobudlaşmağa və qabıqlanmaya gətirib çıxarır. Bu da suyun transepidermal itkisinin artmasına səbəb olur, əgər buynuz qatın geniş sahələri pozulursa (generalizə olunmuş eksfoliativ dermatitdə, eritrodermiyalarda və ya yanıqlardakı kimi), total su itirmə maye və elektrolit disbalansa gətirib çıxara bilər. İkincisi, buynuz qatda pozuntular zamanı xarici mühitdən olan maddələr asanlıqla epidermisə keçir. Beləliklə, dərman vasitələri də daxil edilməklə, müxtəlif kimyəvi maddələr zədələnmiş dəriyə düşdükdə sistem absorbsiyaya məruz qalır, hapten və ya antigen kimi görünür və allergik kontakt dermatitin əmələ gəlmə ehtimalını artırır. Bu hala xüsusi ilə xroniki iltihablı dəridə allergik kontakt dermatitə səbəb olan neosporini yerli olaraq istifadə etdikdə daha çox təsadüf edilir. Üçüncüsü, sərhədin pozulması, xüsusən də çox yaxşı qidalı mühit yaradan toxuma mayesinin ekssudatı olduqda dərinin patoloji bakteriyalarla zənginləşməsi zərurətini artırır. Dördüncüsü, dəri xəstəliklərinin müalicəsində yerli tətbiq olunan müxtəlif dərman vasitələrinin (məsələn, steroid məlhəmlər) dəridən absorbsiyası buynuz qatın okklüzion sarğılarla hidratlaşması vasitəsilə artırıla bilər. Buynuz qatı təkcə müxtəlif bakteriyaların daxil olmasına sərhəd deyil, həm də bir sıra aerob və anaerob obliqat mexanizmlərin (məsələn, Staphylococcus epidermitis diphtheroidus, Propionibacterium acnes və Malassezia) məskunlaşdığı yerdir. Buynuz qatında zədələr, gigiyenaya riayət etməmək və maserasiya ilə yüksək rütubət (əsasən intertriginoz zonalarda) impetiqo, erizepeıoid, follikulit, furunkulyoz, ektima kimi dəri infeksiyalarına səbəb olur.
Ikinci struktur komponent mühafizəsini təmin edən melanositdir, hansı ki, melanin piqmentini hasil edir. Melanin – geniş diapazonda 200-dən 2400 nm dalğa uzunluğunda olan işığı udan unikal xassəyə malik olan iri polimerdir. O, günəşin ultrabənövşəyi şüasının qocalma, dəridə qırışlar, eləcə də dəri törəmələrinin əmələ gəlməsi kimi mənfi effektlərə qarşı yaxşı ekran rolu oynayır. Nazikdərili, göy göz, günəşdən tez qaralan fərdlər və albinoslarda günəşin dəriyə təsirindən dəri xərçənginin yaranması ehtimalı- nın çox olması melaninin zəruriliyini göstərir. Ultrabənövşəyi şüaların təsiri dəridə qocalma və qırışlar əmələ gətirir.Epidermisdə melanositlərin miqdarına irq və cins təsir göstərmir. Zənci ilə qafqazlının dərisində eyni miqdarda melanosit var, lakin melanositlərlə və keranositlərlə yayılan çoxlu miqdarda melaninin sintezi nəticəsində onlarda dəri piqmentasiyası intensiv olur. Qara dəri ağ dəriyə nisbətən uyğun olaraq yenitörəmələrə az meyllidir. Üçüncü struktur komponent dərinin mühafizəedicisi rolunu oynayan dermal sinirlərdir. Sinir ucları dəridə iki ümumi morfoloji tipdə ekstensiv yerləşmişdir: sərbəst və xüsusiləşdirilmiş sinir ucları (Fater- Paçini və Meyssner cisimcikləri), hansı ki, ağrı, təzyiq və qaşınma daxil edilməklə, bir sıra hissiyyatları ifadə edir. Ağrı sağalmaq üçün zəruridir, belə ki, ağrının mənbəyindən və gələcək zədələnmələrdən uzaqlaşmağa kömək edir. Hissiyyatın itməsi (məsələn, diabetik neyropatiyada), pasiyent hiss etmədən əmələ gələn dərin trofik xoralara gətirib çıxarır. Dəri sinirlərinin zədələnməsi (məsələn, herpes zoster) üzünmüddətli yandırıcı ağri və herpesdən sonrakı nevralgiyaya gətirib çıxara bılır. Protein lifləri (kollagen, elastin) tərəfindən dəriyə verilən yüksək elastiklik, möhkəmlik xassəsi, eləcə də dermanı təşkil edən əsas maddələr mexaniki təsirdən qoruyur. Əsas maddənin elastiklik və özlülük xassəsi sıxılmağa qarşı müqavimət göstərməyə və müəyyən forma almağa imkan verir ki, bu da daha həssas dəri strukturunanöqtəvari təzyiqi azaldır.
Dəri – hissiyyat orqanı kimi Müxtəlif növ hissiyyat reseptorları öz quruluşuna görə fərqlənir: ağrı reseptorları sərbəst sinir uclarıdır. Qıcıqlanmanın digər növləri inkapsulyasiya olunmuş sinir uclarını qəbul edir (təzyiq- Meyssner və Fater-Paçini cisimcikləri; temperatur – Krauze uc kolbası və Ruffini cisimcikləri və s.). Dəri geniş reseptorlar sahəsidir.heç bir orqan belə zəngin hissiyyat innervasiyasına malik deyil. Bunu epitelial dəri əmələ gəlməsi və mərkəzi sinir sisteminin (MSS) vahid inkişaf mənbəyi – ektodermanınolması ilə izah etmək olar. Reseptorlar dəri səthi üzrə qeyri-bərabər yerləşmişlər. Hesablamalara görə 1 sm2 dəriyə 2 isti, 12 soyuq, 25 toxunma, 150 ağrı nöqtələri düşür. Dəri reseptorlarından geniş və mürəkkəb informasiya çatır. Dərinin istənilən hissəsində bir neçə peseptiv sahəli mürəkkəb kompleks var ki, onların hər biri çoxlu sayda, müəyyən anatomo-funksional birləşmiş ayrı-ayrı reseptorlar ilə bağlıdır. Dermatologiyada ən geniş yayılmış hissiyyat və simptom qaşınmadır, hansı ki, dermatoloji xəstəliklər və ya klinik görüntüsüz dəri xəstəlikləri ilə yanaşı olduqda yarana bilir. Qaşınma və ağrı mielinsiz S-liflərinə psevdounipolyar neyronların formalaşmış dendritlərinə görə aparılır. Bu neyronların aksonları onurğa beyninin arxa buynuzuna daxil olub, ikinci neyrona ötürülür, hansının ki, aksonu əks tərəfə keçir və spino-talamik trakt tərkibində talamusa qalxır, sonradan impuls baş beyin qabığının mərkəzarxasıqırışığın sensor zonasına gedir. Spino-talamik traktın kəsilməsi ağrı və qaşınmanı götürür (anterolateral hemixordotomiyası). Müxtəlif periferik mediatorlar S-liflərini stimulə edir və qaşınma əmələ gətirir. Bunlara histamin, tripsin, proteaza, peptidlər (bradikinin, vazoaktiv intestinal peptidlər,histamini çixarmaq üçün bütün mümkün olan - P maddələri) və öd duzları aiddir. Prostoq- landinlər birincili mediator, daha çox qaşınma modulyatorudur. Həm histamin, həm də ağrının səbəb olduğu qaşnmanın yaxınlaşmasını azaldır. Sistem morfin kimi qaşınmanın mərkəzi modulyatoru mərkəzi reseptorlara təsir edərək ağrını azaldır, qaşınma əmələ gətirir.
Birincili dəri xəstəliyi olmadıqda, generalizə olunmuş qaşınma daxili xəstəliyin mühüm əlamətidir. Uremiya, öd daşı xəstəliyi, limfomalar və mieloproliferativ xəstəlikləri, tiretoksikoz, diabet, karsinoma, müxtəlif genez çatışmamazlığı ilə anemiyalar və psixi pozuntular kimi müxtəlif xəstəliklər bərk qaşınma verə bilər. Qaşınmanın əsas səbəbi – psixi stresdir. Bəzi psixogen qaşınması olan pasiyentlər dəridə görünmyən parazitlərin olmasını güman edirlər. Belə xəstələr ekskoriasiya və əl çatan yerlərində pruriginoz papulalar əmələ gələnə qədər başlarını darayırlar (ətraflar, baş, kürəyin yuxarı hissəsi). Quru dəri (kseroz) – digər fərdlərdə qaşınma üçün geniş yayılmış səbəbdir. Müəyyən dərmanlar (aspirin, opiatlar) səpgisi görünməyən qaşınmalar əmələ gətirir. Həqiqi polisitemiyalı pasiyentlər unikal qaşınma tipinə malikdir, yəni qaşınma temperaturun birdən dəyişməsindən, xüsusən isti vannadan çıxdıqda başlayır. Qaşınma tikanlı olur, bir neçə dəqiqədən bir neçə saata qədər davam edir.
Dərinin termorequlyasiyada iştirakı Orqanizmin hasil etdiyi istiliyin 80 %-ə yaxını dəridən buxarlanma, istilikkeçirmə və istilik şüalanması hesabına ayrılır. Termorequlyasiya dərinin tər vəziləri və damar sistemi ilə birlikdə həyata keçirilir. Dəri- əzələ arteriya və venaları, eləcə də kapilyarlar, arteriovenoz şuntlar və kiçik venaların massiv qarşılıqlı əlaqəsi bədən temperaturunun saxlanmasında xüsusi rol oynayır. Dəridə qanın həcminin əsas fraksiyası qanın asta hərəkət etdiyi, səthə yaxın, maksimal istiliklə təmin edən böyük venoz kələflərdə olur. Termorequlyasiya üçün, həmçinin ekkrin tər əmələ gəlməsi zəruridir, beləki, dəri səthindən buxarlandıqda soyumanı təmin edir. Dəri səthindən buxarlanan hər bir qram su ilə 580 kalori istilik itir. Dəridən tər ifrazı və buxarlanma ilə 27% su çıxmış olur. Adi halda sutka ərzində dəri 650 q su və 10q-a yaxın karbon anhidridi ifraz edir, çox tərlədikdə bu rəqəmlər bir neçə dəfə artməş olur. Bir saat ərzində maksimum 1 l-dən 3,5 l-ə qədər tər ifraz oluna bilər ki, bu da 2500-8750 kC istilik verməyə ekvivalentdir. Çox tərləmə zamanı dərinin vəz aparatının böyük işi həqiqətən faydalıdır. Termorequlyasiya həm də dəridə qan dövranının dəyişməsinin köməyi ilə həyata keçirilə bilər. Əsas şərtlər zamanı ümumi qan dövranının 8,5%-i və ya dəridən dəqiqədə 450 ml keçdikdə, qan axınına nəzarəti birincili sinpatik sinir sistemi yaradır (adrenalin və noradrenalindən). Isti ətraf mühitdə fiziki iş zamanı qan axını 3 l/dəq. ola bilər. Nə qədər ki, qanın istilik keçiriciliyi və udelğnoe yüksəkdir, dəri boyunca çoxlu miqdarda istilik yayıla bilər. Həm mərkəzi, həm də periferik termoreseptorlar periferik sinir sistemindən tər ifrazını stimulə edirlər, lakin tər vəzilərinin postqanqlionar halında asetixolin keçirici olur. Termorequlyasiyada mərkəzi (hipotalamusda yerləşib) və periferik (dəridə lokalizə olunub) termoreseptorlar iştirak edir. Belə olan halda mərkəzi termoreseptorlar tər ifrazın yaranmasından 10 dəfə effektlidir. Soyuğun təsirinə cavab o zaman başlayır ki, temperaturu adi haldan aşağı düşən qan hipotalamusa çatır, sonra orqanizmdə istilik yaradan və saxlayan mexanizmə təsir edir.
Simpatik sistem qan damarlarını daraldır, nətcədə istiliyin dəri səthinə ötürülməsi azalır. Hipotalamusdan impuls həm də titrəmə mərkəzi motorunu aktivləşdirir, bu da istilik yaradılmasını 50% artırır. Əksinə, hipotalamusa normadan artıq isti qan gedirsə, istilik yaradan mexanizm dayanır, qanın səthdə yığılmasına imkan verilir, keçiricilik və konveksiya vasitəsilə istilik itirilir, dəri damarları genişlənir. Beləliklə, vazodilatasiya reflektor olaraq, dəri səthinin bilavasitə qızdırılmasından (isti mühitdə) baş verir. Bundan başqa, hipotalamusun stimulyasiyası tər ifrazını əmələ gətirir və istiliyin buxarlanma ilə itməsinin artırır. Istiliyin periodik qarşılıqlı təsiri və ya istilikləstres yanaşı olduqda (məsələn, hər gün 1-2 saat, 10-14 gün ərzində) ekkrin tər vəzilərinin sekresiyası artır (iqlimləşdirmə). Termorequlyasiya zamanı və kardiovaskulyar hoemostazda dəri damar sisteminin həlledici roluna nümunə eritrodermiyanı törədən dərinin geniş yayılmış iltihabi xəstəliyidir. Yayılmış dermatit, psoriaz, toksidermiya və limfomalar kimi xəstəliklər zamanı dəridə iltihabi reaksiya dərinin ümumi qan dövranını 10-20% azaldan generalizə olunmuş dəri vazodilatasiyası əmələ gətirə bilər. Bu zaman qanın mərkəzi həcmi azala bilər. Qan təzyiqini saxlamaq üçün ümumi qan dövranı artmalıdır, kardiorezerv disbalansı olan yaşlı şəxslərdə qızdırma və titrətmənin fərqli dəyişmələri ilə bağlı olan pozuntu ola bilər.
Dərinin deponent funksiyası Dəri orqanizmin ikinci dalağı kimi olaraq özünəməxsus qan deposudur. Müəyyən şəraitdə genişlənmiş dəri damarları 1l-dən çox qan saxlamaq qabiliyyətinə malikdir. Bütün dövr edən qanın 5 litr olduğu halda, bu kifayət qədər nəzərə çarpan rəqəmdir. Dəridə sudan başqa, öz növbəsində su və enerji mənbəyi olan piy də deposit olunur. Dərinin tənəffüs funksiyası Dəridən orqanizmə oksigen daxil olur və ümumi qaz mübadiləsinin 2%-i miqdarında karbon qazı xaric edilir. İnsan orqanizmi sutka ərzində dəri örtüyündən 7-9 q karbon qazı xaric edir və 3-4 q oksigen udur. Ətraf mühitin və fiziki iş zamanı bədənin temperaturunun, atmosfer təzyiqinin qalxması və dərinin kəskin iltihabı zamanı dəri tənəffüsü artır. Dəri digər qazları da keçirir. Epidermisin səthindəki şiddətli piylənmə dəridən tənəffüsü azaldır.
Dərinin rezorbtiv (sorulma) funksiyası Dəri daxili və xarici mühit arasında tamamilə keçirməyən sərhəd deyil. Suda və ya piydə əriyən maddələr, böyük və ya kiçik molekulyar kütləli birləşmələr üçün keçiricilik müxtəlif ola bilər, bu da çox vaxt prosesi tezləşdirir və ya ləngidir. Dəridən müxtəlif maddələrin keçmə sürətinə bir çox faktorlar - dəri sahəsinin lokalizasiyası, onun hidratasiya dərəcəsi, buynuz qatın qalınlığı, lipid yağların olması təsir edir. Qazlardan başqa, dəridən toksiki, üzvi və qeyri-üzvi maddələr (qlükokortikoidlər, qətran, civə, salisil turşusu, dimeksid) keçə bilər. Bəzi maddələr (civə, salisil turşusu) dəridən keçərkən epidermis hüceyrələrini, dermanın elastik liflərini zədələyir ki, bu da onların işinin pozulmasına və hətta məhv olmasına gətirib çıxarır. Dəridən keçən maddələr, həm də ümumi toksiki təsir göstərə bilər. Yad məddələrlə zədələnmələrə uyğun immun cavablar və allergik reaksiyalar (sadə kontakt və allergik dermatit, toksikodermiya) yaranır.
Dostları ilə paylaş: |