Natrium-hidrokarbonat (Natrii hydrocarbonas). Sin.: Çay sodası
Poroşok halında və 500 mq dozada tablet şəklində, 3; 4; 7; 8,4%-li məhlulları 50 ml-lik flakonlarda buraxılır.
Bəlğəmqətirici maddə kimi 500-1000 mq dozalarda poroşok, tablet və mikstura şəklində gündə
3-4 dəfə, daxilə qəbul olunur. İsti südlə içmək məqsədəuyğundur. Preparatın 2%-li məhlulundan həmçinin inhalyasiya şəklində (bir neçə damcı cirə yağı əlavə etməklə) istifadə edilir. Natrium- hidrokarbonatin 3; 4;7 və 8,4%-li məhlullarindan orqanizmin su-duz balansını və pH-nı tənzimləmək üçün istifadə olunur. Venaya yeridilir.
Kalium-yodid (Kalifi iodidum), poroşok halında buraxılır. Güclü mukolitik maddədir. Bəlğəmqətirici və mukolitik maddə kimi tənəffüs yollarının iltihabi xəstəliklərində və bronxial astma zamanı istifadə olunur.
300-500 mq dozalarda məhlulların və miksturaların tərkibində daxilə (gündə 3-4 dəfə, yeməkdən sonra) təyin olunur. Qıcıqlandırıcı təsirini zəiflətmək üçün südlə qəbul edilməsi məsləhət görülür. Preparatdan, həmçinin qalxanabənzər yezinin xəstəliklərində (hipertireoz, endemik zob) istifadə edilir.
Dostları ilə paylaş: |