Periferik təsirli öskürəkkəsici maddələr - prenoksdiazin (Libeksin), falimint, bitiodin.
Mərkəzi təsirli öskürəkkəsici dərman maddələri öskürək mərkəzinə, periferik təsirlilər isə tənəffüz yollarinin hissi reseptorlarina tormozlayici təsir göstərir.
Qlausin-hidroxlorid (Glaucini hydrochloridum). Sin.: Qlauvent.
50 mq dozada tablet şəklində buraxılır. Mərkəzi təsirli narkotik öskürəkkəsici maddələrdən (kodein və s.) fərqli olaraq tənəffüs mərkəzinə təsir göstərmir, vərdiş olma və dərmandan asılılıq vəziyyəti törətmir.
Zəif hipotensiv təsirə (adrenolitik xassə ilə əlaqədar olaraq) malikdir.
Yuxarı tənəffüs yollarının və ağciyərlərin xəstəliklərin öskürəkkəsici preparat kimi istifadə edilir.
Daxilə (gündə 2-3 dəfə, yeməkdən sonra 1 tablet) təyin olunur.
Arterial təzyiq aşağı olduğu hallarda və miokard infark zamanı preparatın təyin olunması əks göstərişdir.
Qlausin, həmçinin kombinəedilmiş preparat olan bronxolitinin tərkibinə daxildir.
Dostları ilə paylaş: |