Zastifer şərbət zastyfer tərkibi



Yüklə 24.98 Kb.
PDF просмотр
tarix05.05.2017
ölçüsü24.98 Kb.

İstifadəsi üzrə təlimat 

 

 



ZASTİFER      şərbət 

ZASTYFER 

 

 

Tərkibi 



Hər 5 ml şərbətin tərkibində: 

Dəmir ammonium sitrat (35 mq elementar Dəmirə ekvivalentdir) 200 mq 

Sianokobalamin (Vitamin B

12

) 50 mkq 



Piridoksin hidroxlorid (Vitamin B

6

) 0,5 mq 



Fol turşusu (Vitamin B

9

) 1,5 mq 



Sink sulfat monohidrat (0,53 mq elementar Sinkə ekvivalentdir) 1,455 mq 

Dadverici şərbət əsası k.q. 

 

Farmakoterapevtik qrupu 

Bioloji aktiv əlavə 

 

Farmakoloji xüsusiyyətləri 

Kompleks preparat olub, təsiri tərkibinə daxil olan maddələrin xüsusiyyətləri ilə əlaqədardır. 



Farmakodinamikası 

Dəmir - hemoqlobinin, mioqlobinin və  bəzi fermentlərin tərkibinə daxil olan mikroelementdir. Oksigenlə 

dönən birləşmə  əmələ  gətirir, bir sıra oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir, eritropoezi stimulə 

edir. 

Dəmiri duz şəklində istifadə etdikdə orqanizmdə olan dəmir çatışmazlığı tezliklə aradan qalxır, bu da 



anemiyanın kliniki (zəiflik, yorğunluq, başgicəllənmə, taxikardiya, dəri xəstəliyi və quruluğu) və laborator 

simptomlarının tədricən reqressiyasına səbəb olur. 



Sianokobalamin (Vitamin B

12

) - metabolik, hemopoetik təsir göstərir. Orqanizmdə  (əsasən qaraciyərdə) 

koenzim formaya - adenozilkobalamin və ya kobamamidə çevrilir ki, bu da B

12

 vitaminin aktiv forması olaraq 



çoxsaylı fermentlərin, o cümlədən fol turşusunu tetrahidrofol turşusuna çevirən reduktazanın tərkibinə 

daxildir. Yüksək bioloji aktivliyə malikdir. Normal qanyaranma üçün vacibdir - eritrositlərin yetkinləşməsinə 

səbəb olur. Eritrositlərdə tərkibində sulfhidril qrupu olan birləşmələrin toplanmasına səbəb olur, bu da onların 

hemolizə qarşı dözümlülüyünü yüksəldir. Qanın laxtalanma sistemini aktivləşdirir, yüksək dozalarda 

tromboplastik aktivliyin və protrombinin aktivliyinin yüksəlməsinə  səbəb olur. Qanda xolesterinin 

konsentrasiyasını azaldır. Qaraciyərin və sinir sisteminin funksiyasına müsbət təsir göstərir. Toxumaların 

regenerasiya qabiliyyətini artırır. 

Piridoksin hidroxlorid (Vitamin B

6

) - mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. 

Orqanizmdə triptofan, metionin, sistein, qlütamin və başqa amin turşularının mübadiləsində  iştirak edir, 

eritrositlərin yaranmasını stimulə edir, bir sıra neyromediatorların (dopamin, noradrenalin, adrenalin, 

histamin, serotonin) biosintezində  iştirak edir. Sianokobalamin ilə birlikdə sinir toxumasında iltihabi prosesi 

aradan qaldırır və onun regenerasiyasını sürətləndirir. Lipid mübadiləsini normallaşdırır. 

Fol turşusu (Vitamin B

9

) - bağırsaq mikroflorası  tərəfindən sintez oluna bilər. Orqanizmdə fol turşusu 

tetrahidrofol turşusuna bərpa olunur, o da koenzim kimi müxtəlif metabolik proseslərdə  iştirak edir. 

Meqaloblastların normal yetişməsi və normoblastların formalaşması üçün vacibdir. Eritropoezi stimulə edir, 

amin turşularının (o cümlədən qlisinin, metioninin), nuklein turşularının, purinlərin, pirimidinlərin sintezində, 

xolinin və histidinin mübadiləsində  iştirak edir. Hamiləlik zamanı orqanizmi teratogen faktorların təsirindən 

qoruyur. 



Sink - hüceyrə membranının metabolizmi və stabilləşməsində  iştirak edən mikroelementdir. Əsas 

fermentlərin tərkibinə daxildir, müxtəlif biokimyəvi reaksiyalarda iştirak edir. Regenerasiya proseslərinə  və 

sinir impulslarının ötürülməsinə  təsir göstərir.  İnsulinin təsirini gücləndirir, kortizolun sintezinə  səbəb olur. 

Dərinin regenerasiya və saçların uzanması proseslərini stimulə edir, immunomodulyator təsir göstərir. 

Civzələr və allopesiya zamanı effektlidir. Sink albuminatların əmələ gəlməsi ilə zülalları koaqulyasiya edir. 

Farmakokinetikası 

Sorulması: 

Preparat daxilə qəbul edildikdən sonra dəmir MBT-dən yaxşı sorulur. Dəmirin biomənimsənilməsi 5-35%-dir. 

Fol turşusu əsasən MBT-nin yuxarı şöbələrindən (12-barmaq bağırsaqdan) sorulur. 

Paylanması və metabolizmi: 

Dəmir demək olar ki, tamamilə plazma transferrinləri ilə birləşir və hemoqlobin, mioqlobin, sitoxromoksidaza, 

katalaza və peroksidazanın sintezi prosesinə  cəlb olunur və ya ferritin şəklində orqanizm toxumalarında 

toplanır. Fol turşusunun plazma zülalları ilə birləşməsi 64% təşkil edir; biotransformasiyası qaraciyərdə baş 

verir. 

Xaric olunması: 


Dəmir əsasən nəcis, sidik və tər vasitəsi ilə xaric olunur. 

Fol turşusu əsasən böyrəklərlə, qismən bağırsaqlarla xaric olunur. 

 

İstifadəsinə göstərişlər 

- müxtəlif etiologiyalı dəmir defisitli anemiyaların profilaktika və terapiyası; 

- hamiləlik zamanı anemiya; 

- uzunmüddətli qanaxmalar, qurd invaziyaları; 

- qeyri-kafi və balanslaşdırılmamış qidalanma; 

- orqanizmdə anabolik və immunoloji proseslərin pozulması ilə sink çatışmazlığının profilaktikası. 

 

Əks göstərişlər 

- preparatın komponentlərinə qarşı hiperhəssaslıq; 

- orqanizmdə dəmirin toplanması ilə müşayiət olunan xəstəliklər (aplastik və hemolitik anemiya, talassemiya, 

hemosideroz, hemoxromatoz); 

- dəmirin mənimsənilməsinin pozulması (sideroaxrestik anemiya, qurğuşun anemiyası, pernisioz anemiya 

(vitamin B

12

 çatışmazlığı)); 



- dəmirin və ya fol turşusunun çatışmazlığı ilə əlaqəli olmayan anemiya. 

 

İstifadə qaydası və dozası 

Daxilə qəbul olunur. 

2 yaşdan 6 yaşa qədər uşaqlar: 5 ml (1 çay qaşığı) gündə 2 dəfə yemək zamanı  və ya yeməkdən dərhal 

sonra. 

6 yaşdan böyük uşaqlar və böyüklər: 5-10 ml (1-2 çay qaşığı) gündə 2-3 dəfə yemək zamanı  və ya 



yeməkdən dərhal sonra. 

Qəbul olunmanın müddəti fərdi olaraq təyin olunur. 

Qablaşdırmada ölçü qapağı vardır. 

İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır. 

 

Xüsusi göstərişlər 

Dəmir və tetrasiklinin birlikdə istifadəsi sorulmanın pozulmasına gətirib çıxarır. 



Hamiləlik və laktasiya zamanı 

Hamilə qadınlara və ana südü ilə qidalandıran analara təyini zamanı xoşagəlməz təsirlər qeydə 

alınmamışdır. 

Hamilə qadınlara və ana südü ilə qidalandıran analara təyin etməmişdən  əvvəl risk/fayda nisbətini 

qiymətləndirmək lazımdır. 

 

Əlavə təsirləri 

Mədə-bağırsaq pozğunluqları, qara stul, qarında narahatlıq. 

 

Doza həddinin aşılması 

Doza həddinin aşılması əsasən dəmir ilə əlaqədardır. 

Simptomlar: ürəkbulanma, qusma, ishal. 

Müalicə:  mədəni natrium hidrokarbonatın  1%-li sulu məhlulu ilə yumaq və ya deferoksamin təyin etmək; 

daxilə çiy yumurta və süd qəbul etmək, hansı ki, MBT-də  dəmir ionlarının birləşməsini və onların sonrakı 

xaric olunmasını təmin edir. 

Doza həddinin aşılması simptomları meydana çıxan zaman preparatın qəbulunu dayandırmaq lazımdır. 

 

Buraxılış forması 

100 ml şərbət şüşə flakonda. Bir flakon ölçü qapağı və içlik vərəqə ilə birgə karton qutuda. 

 

Saxlanılma şəraiti 

+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş şüası olmayan yerdə saxlamaq lazımdır. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Dondurmamaq. 

 

Yararlılıq müddəti 

2 ildir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

«SKant Healthcare LTD.» -  

firması tərəfindən istehsal olunur. 

Vapi - 396195, Qucarat, Hindistan 

Kod №: GUJ/DRUGS/G-986 


 

                              Azərbaycanda rəsmi distribyutor 



                              «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi, 14 

Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

                              Faks: (+994 12) 430-80-51 

                              Е-mail: info@tetrada-az.com 

                              www.tetrada-az.com 

 

 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə