Dərman formaları


Rp.: Sol.(Ketorolak) 3% 1 ml



Yüklə 188,74 Kb.
səhifə118/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   114   115   116   117   118   119   120   121   ...   150
derma

Rp.: Sol.(Ketorolak) 3% 1 ml


D. t.d. N. 3 in amp.

S.1 ml əzələ daxilinə yeritməli. #


Rp.: Tab.(Pentalginum) N. 12


D.S. Gündə 3 dəfə, yeməkdən sonra 1 tablet qəbul etməli

#

Rp.: Sol. (Baralgin) 5 ml.


D. t.d. N. 5 in amp.

S. 4-5 ml əzələ daxilinə və

ya venaya (tədricən) yeritməli.





TƏNƏFFÜS ORQANLARININ FUNKSİYALARINA TƏSİR GÖSTƏRƏN DƏRMAN MADDƏLƏR




Bu qrupa tənəffüsün stimulyatorları, bəlğəmqətirici, öskürəkkəsici, bronxolitik və ağciyərlərin ödemi zamanı istifadə olunan maddələr aiddir.



TƏNƏFFÜS STİMULYATORLAR
Tənəffüs çatışmadığı, yaxud dayandığı hallarda onun bərpası üçün istifadə edilən maddələr tənəffüs stimulyatorları adlanır. Bu maddələr uzunsov beyində yerləşən tənəffüs mərkəzinə birbaşa, yaxud reflektor yolla təsir göstərərək onun tonusunu artırır və tənəffüsü bərpa edir.

Tənəffüs stimulyatorları müxtəlif farmakoloji զruplara mənsub olmaqla müxtəlif təsir mexanizmlərinə malikdir. Bunlara birbaşa təsirli analeptiklər — kofein natrium-benzoat. bemeqrid, reflektor təsirli analeptiklər (tənəffüs analeptikləri) sititon, lobelin və qarışıq təsir mexaniziminə malik olan maddələr niketamid və s. aiddir (Bax: «Analeptik dərman maddələri»).

Tənəffüs stimulyatorlarının tətbiqi zamanı nəzərə almaq lazımdır ki, reflektor təsir mexanizminə malik olan maddələr sititon lobelin tənəffüs mərkəzinə yalnız o vaxt təsir göstərir ki, onun reflektor oyanıqlığı pozulmamış olsun .

Yuxu dərmanları və narkoz törədən maddələrlə zəhərlənmə zamanı birbaşa təsirli analleptiklər tənəffüs mərkəzini oyada bilir və son zamanlara qədər bu məqsədlə onlardan geniş istifadə edilirdi. Hazırda bu məqsədlə birbaşa təsirli analeptiklərin yalnız bir nümayəndəsindən - bemeqriddən istifadə olunması daha məqsədəuyğun hesab edilir. Bu, bir tərəfdən digər analeptiklərin bemeqriddən fərqli olaraq beyinin oksigenə olan təlabatını artırması (tənəffüs çatışmazlığında bu təsir sinir hüceyrələrinin həyat fəaliyyətinin pozulmasına səbəb olur), digər tərəfdən bemeqridin analeptik təsirinin daha güclü olması ilə əlaqədardır.

Narkotik analgetiklərlə zəhərlənmə zamanı onların spesifik antaqonisti olan nallokson daha səmərəlidir .

Niketamid tənəffüs mərkəzinə əsasən birbaşa və qismən də reflektor təsir göstərir. İnfeksion xəstəliklər nəticəsində baş verən tənəffüs çatışmazlığında asfiksiyalarda, venidogullmusların asfiksiyasında istifadə edilir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin