KefungiN 200 mq tabletlər ®



Yüklə 40.19 Kb.
PDF просмотр
tarix25.12.2016
ölçüsü40.19 Kb.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) 

 

 



KEFUNGİN     200 mq  tabletlər 

®

KEFUNGIN 

®

 

 



Tərkibi 

Təsiredici maddələr: Hər tabletin tərkibində 200 mq  ketokonazol vardır. 

Köməkçi maddələr: 3.5%-li polivinilpirrolidon ilə laktoza, qarğıdalı nişastası, mikrokristallik 

sellüloza, kolloidli silisium 4-oksid, maqnezium

 

stearat. 



 

Farmakoterapevtik qrupu 

Sistem təsirli göbələk əleyhinə dərman vasitəsi. İmidazol törəməsi. 

 

Farmakoloji xüsusiyyətləri 

Göbələk  əleyhinə vasitədir. Funqisid və funqistatik təsir göstərir. Təsir mexanizmi 

erqosterol sintezinin inhibə olunması  və göbələk membranının lipid tərkibinin dəyişilməsi 

ilə bağlıdır. Kəpəklənən dəmrovun törədicisi olan Malassezia furfur-a, bəzi 

dermatomikozların törədicilərinə (Trichophyton, Epidermophyton floccosum, Microsporum), 

kandidoz törədicilərinə (Candida), həmçinin sistem mikozların törədicilərinə (Cryptococcus) 

qarşı fəaldır. 

Həmçinin, qrammüsbət kokklara - Staphylococcus spp., Streptococcus spp.-a qarşı da 

fəaldır. 

 

İstifadəsinə göstərişlər 



Kefungin  tabletlərinin

®

 istifadəsi aşağıdakıların müalicəsində məsləhətdir: 

- Yerli müalicə olunmayan dermatofit və ya göbələk mənşəli dəri, saç, dırnaq infeksiyaları: 

dermatofitoz, onixomikoz, kəpəklənən dəmrov, başın tüklü hissəsinin dermofitiyası, 



Pityrosporum mənşəli follikulit, dəri və selikli qişaların xroniki kandidozu;

- Mədə-bağırsaq traktının mikozu; 

- Yerli müalicəyə reaksiya verməyən xroniki vaginal kandidoz

- Sistem göbələk infeksiyaları, sistem kandidoz, parakoksidioidomikoz, koksidioidomikoz, 

histoplazmoz, blastomikoz. 

Bu dərman vasitəsi həmçinin immun çatışmazlığı olan (anadangəlmə  və ya müxtəlif 

xəstəliklərdən və müalicədən sonra) pasientlərin profilaktikası üçün istifadə oluna bilər. 

 

Əks göstərişlər 

- Ketokonazola və ya imidazol qrupu göbələk  əleyhinə  dərman vasitələrinə  və ya 

preparatın hər hansı köməkçi maddəsinə qarşı hiperhəssaslıq; 

- Kəskin və ya xroniki qaraciyər xəstəlikləri

- Anadangəlmə qalaktozemiya, qlükoza və ya qalaktoza malabsorbsiya sindromu, laktaza 

çatışmazlığı. 

Kefungin -i 

®

astemizol, terfenadin, mizolastin, sizaprid, bepridil. pimozid, triazolam, 

midazolam, simvastatin, serivastatin, atorvastatin, nevirapin, takrolimus, lerkanidipin, 

ebastin, halofantrin, etanol kimi preparatlarla eyni vaxtda qəbul etmək məsləhət deyil. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Birgə istifadə zamanı: 



Qeyri-sedativ H

1

-antihistamin preparatları (astemizol, terfenadin): mədəcik aritmiyalarının, 

əsasən piruet aritmiyaların ("torsade des pointes") inkişaf riski artır; 



Mizolastin:  mədəcik aritmiyalarının,  əsasən piruet aritmiyaların  ("torsade des pointes") 

inkişaf riski artır; 



Sizaprid, bepridil, pimozid: mədəcik aritmiyalarının,  əsasən piruet aritmiyaların  ("torsade 

des pointes") inkişaf riski artır; 

Nevirapin:  bir tərəfdən ketokonazolun qaraciyər metabolizmini azaltmasına görə 

nevirapinin plazmada konsentrasiyası artır, digər tərəfdən isə nevirapinin ketokonazolun 

qaraciyər metabolizmini gücləndirməsinə görə ketokonazolun plazmada konsentrasiyas 

azalır; 


Triazolam, midazolam: qaraciyər metabolizminin azalması hesabına benzodiazepinin 

plazmada konsentrasiyası yüksəlir və sakitləşdirici effekti güclənir; 



Simvastatin, serivastatin, atorvastatin (HMG-CoA  reduktazanın inhibitorları):  rabdomioliz 

kimi əlavə reaksiyaların yüksək riski (dozadan asılı olaraq); 



Takrolimus: takrolimusun plazmada konsentrasiyası artır; 

Etanol: etanolun istifadəsindən sonra yaranan effektlər güclənir (hərarət hissiyatı, qızartı, 

qusma, taxikardiya). Ketokonazolla müalicə zamanı  tərkibində etanol olan içkilərdən və 

dərmanlardan boyun qaçırmaq lazımdır; 

Tolterodin: plazmada konsentrasiyası yüksəlir və tolterodin ilə doza həddinin aşılması riski 

yüksəlir; 



Lerkanidipin: əlavə təsirlərin yüksək riski

Ebastin:  mədəcik aritmiyasının yüksək riski, xüsusən risk qrupuna aid olan pasientlər 

(anadangəlmə uzanmış QT intervalı sindromu); 



Halofantrin:  mədəcik aritmiyalarının,  əsasən piruet aritmiyaların  ("torsade des pointes") 

inkişaf riski artır; 



Busulfan:  əgər yüksək dozada busulfan ketokonazolla eyni vaxtda təyin olunursa 

uşaqlarda qaraciyər veno-okklüzion xəstəliyinin riski yüksəlir; 



Siklosporin:  plazmada immunosupressorların konsentrasiyasının (immunosupressorların 

metabolizminin ingibə olunması hesabına) və kreatininemiyanın artma riski; 



Didanozin (tabletlər): ketokonazolun həzm yolu ilə sorulması azalır; 

İzoniazid: ketokonazolun plazmada konsentrasiyası azalır; 

Rifampisin: iki dərman vasitəsinin plazmada konsentrasiyası və effektivliyi; 

Maqnezium, alüminium və kalsium duzları  və oksidləri (daxilə  qəbulu): ketokonazolun 

həzm yolu ilə sorulması azalır; 



Sildenafil:  sildenafilin plazmada konsentrasiyası artır, bu da arterial təzyiqin enməsinə 

səbəb ola bilər; 



H

2

-antihistamin preparatları: ketokonazolun həzm yolu ilə sorulması azalır; 

Proton nasosunun inhibitorları: ketokonazolun həzm yolu ilə sorulması azalır; 

Zolpidem: sakitləşdirici effektin mülayim artımı. 

 

Xəbərdarlıqlar 

Əgər fertil yaşında olan qadınlara Kefungin  tabletləri ilə müalicə təyin olunarsa, mümkün 

ola biləcək hamiləlik müəyyən olunmalı  və adekvat kontraseptiv metodlar istifadə 

olunmalıdır. 

®

Dərman preparatının tərkibinə laktoza daxildir və müvafiq olaraq anadangəlmə 

qalaktozemiya xəstəliyi, qlükoza və ya qalaktoza malabsorbsiya sindromu, laktaza 

çatışmazlığı olan xəstələrə Kefungin  tabletlərinin təyini məsləhət deyil. 



®

Ketokonazolu yüksək dozada qəbul edən xəstələrdə AKTH sınaqları kortizolun sekretor 

reaksiyasının aşağı olduğunu göstərdi. Müvafiq olaraq böyrəküstü vəzin funksiyasının 

pozulması  və uzunmüddətli stress (cərrahi müdaxilələr, intensiv terapiya və s.) təsiri 

altında olan xəstələrdə böyrəküstü vəzin funksiyaları ətraflı müayinə olunmalıdır. 

 

İstifadə qaydası və dozası 



Terapevtik müalicə: 

Böyüklər 

Dəri, mədə-bağırsaq və sistem infeksiyalarının müalicəsi zamanı  məsləhət görülən 

gündəlik doza 200 mq ketokonazol (1 tablet Kefungin

®

) olmaqla qida zamanı  qəbul 

olunur.  Əgər adekvat terapevtik nəticə yoxdursa, doza sutkada 400 mq ketokonazola (2 

tablet Kefungin



®

) qədər artırılır. 

Vaginal kandidozun müalicəsi zamanı  məsləhət görülən gündəlik doza, birdəfəlik doza 

kimi qida zamanı qəbul olunan 400 mq (2 tablet Kefungin



®

) ketokonazoldur. 



Uşaqlar 

Kütləsi 30 kq-dan aşağı olduqda: gündə hər kq bədən çəkisinə 4-7 mq ketokonazol təşkil 

edir. 

Kütləsi 30 kq-dan yuxarı olduqda: böyüklərə məsləhət görülən doza kimidir. 



 

Profilaktik müalicə (immun çatışmazlığı olan xəstələr): 

Böyüklər 

Məsləhət görülən gündəlik doza 400 mq ketokonazol (2 tablet Kefungin



®

) təşkil edir. 



Uşaqlar 

Məsləhət görülən doza gündə hər kq bədən kütləsinə 4-8 mq ketokonazol təşkil edir. 

 

Müalicə aşağıdakı müddətdə davam etdirilməlidir: 



‐ vaginal kandidoz: 5 gün; 

‐ dermatofit mənşəli dəri mikozları: 4 həftəyə yaxın; 

 

kəpəklənən dəmrov: 10 gün; 



‐ oral və dəri kandidozu: 2-3 həftə; 

‐ saç infeksiyaları: 1-2 ay; 

‐ dırnaq infeksiyaları: 6-12 ay, dırnağın inkişaf sürətindən asılı olaraq (infeksiyalaşmış 

dırnaq yenidən tam inkişaf etməlidir); 

‐ sistem kandidoz: 1-2 ay; 

‐ parakoksidioidomikoz, koksidioidomikoz, histoplazmoz: 3-6 ay. 

Bir qayda olaraq simptomlar aradan qalxdıqdan və kulturanın olmadığını göstərən 

laborator sınaqların nəticələrindən sonra müalicə azı bir həftə davam etdirilməlidir. 

Ketokonazolu yaxşı mənimsənilməsi üçün qida zamanı qəbul etmək lazımdır. 

 

Xüsusi göstərişlər 

Qaraciyər çatışmazlığı 

Kefungin  tabletləri ilə müalicə zamanı kliniki simptomları olan və ya olmayan qaraciyər 

pozulmaları haqqında məlumat verilmişdir. Pisləşmə bir neçə gündən 24 həftəyə  qədər 

olan aralıq zaman müddətində baş verirdi və bu immuno-alllergik mənşəli sitolitik (əksər 

hallarda) və ya xolestatik (nadir hallarda) dəyişikliklər şəklində təzahür edirdi. Bəzi hallarda 

transaminaza və qələvi fosfatazanın plazma konsentrasiyasının 

®

mülayim artımı müşahidə 

olunurdu. 

Əksər hallarda qaraciyər pozulmaları mülayim intensivlikli idi və müalicə dayandırıldıqdan 

sonra 2 aydan az müddət ərzində aradan qalxırdı. Lakin bəzi hallarda inkişafı letal olurdu; 

pisləşdirici faktorlara: qaraciyər pozulmalarının gec diaqnozu, müalicənin gec 

dayandırılması, əvvəlcədən qrizeofulvin və ya digər hepatotoksik dərmanların təyini aid idi.

Kefungin

®

 tabletləri ilə xroniki müalicədən sonra xəstə qaraciyərin pozulma simptomlarını 

müşahidə edə bilər: qızdırma, qaşınma, yorğunluq, qarında ağrılar, ürəkbulanma, qusma, 

hiperxrom sidik, rəngsizləşmiş  nəcis, sarılıq. Belə  əlamətlər müşahidə olunarsa, müalicə 

dayandırılmalı  və plazmada transaminaza və  qələvi fosfatazanın konsentrasiyası  təyin 

olunmalıdır. 

Qaraciyərin funksional laborator sınaqları müalicədən əvvəl aparılmalı, müalicədən 2 həftə 

sonra təkrarlamalı, sonra isə əgər müalicə 1 aydan çox davam edərsə hər ay aparılmalıdır. 



Əgər qaraciyərin hər hansı pozulma əlamətləri müşahidə olunarsa, müalicə 

dayandırılmalıdır. 



 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik zamanı ananın ketokonazol qəbul etməsi zamanı dölün məruz qaldığı  təhlükə 

haqqında məlumat hazırkı dövrə kimi öyrənilməmişdir, ona görə  də preparat, yalnız 

faydanın riskdən üstün olduğu hallar istisna olmaqla hamilə qadınlarda tətbiq 

olunmamalıdır. 

Ketokonazol döş südünə ifraz olunur. Əgər yenidoğulmuşlara və ya körpələrə sizaprid 

təyin olunarsa, körpələrdə preparatların qarşılıqlı  təsirinin potensial təhlükə törətməsi ilə 

əlaqədar olaraq təhlükəsizlik tədbiri kimi ketokonazol analara təyin olunmamalıdır 

("torsade des pointes"). 

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə 

qabiliyyətinə təsiri 

Kefungin

®

 tabletləri nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri 

idarəetmə qabiliyyətinə mənfi təsir göstərmir. 

 

Əlavə təsirləri 



Tez-tez rast gələn: 

Mədə-bağırsaq pozğunluqları: ürəkbulanma, qusma, qarında ağrı, ishal. 



Az rast gələn: 

Baş ağrıları, başgicəllənmə

Nadir hallarda qaraciyər fermentlərinin konsentrasiyasının plazmada artması; 

Dismenoreya; 

Qaşınma, dəri səpgiləri, örə, anafilaktik tipli allergik reaksiyalar. 

Çox nadir rast gələn: 

Trombositopeniya, leyko-neytropeniya; 

Dazlaşma; 

İmpotensiya, libidonun azalması, ginekomastiya, oliqospermiya (yüksək doza hallarında). 

Ketokonazolun sutkada 200 mq dozada qəbulu zamanı müvəqqəti olaraq plazmada 

testosteronun miqdarı aşağı düşə bilər, lakin onun miqdarı qəbuldan 24 saat sonra bərpa 

olunur. Gündə ketokonazolun 200 mq dozada qəbulu ilə aparılan uzunmüddətli müalicə 

zamanı testosteronun plazma konsentrasiyaları əhəmiyyətli dərəcədə dəyişilmir. 

Müalicə dayandırıldıqdan sonra geri qayıdan yüksəlmiş kəllədaxili təzyiq (əsasən papilyar 

ödem, qabarmış əmgək). 

Hepatotoksiklik. 

 

Doza həddinin aşılması 

Doza həddinin aşılması zamanı  xəstə  xəstəxanaya yerləşdirilməlidir,  əgər pasient 

əməkdaşlıq edirsə mədə yuyulur, əgər etmirsə osmotik diuretiklər təyin olunur. 

 

Buraxılış forması 

10 tablet, blisterlərdə. Bir blister içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

+25ºС-dən aşağı temperaturda,original qutusunda və  uşaqların  əli çatmayan yerdə 

saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

2 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Rеsеpt əsasında buraxılır. 

 

 

İstehsalçı: 



Antibiotice SA 

1, Valea Lupului, 707410 İasi, Rumıniya, AŞ 



® - qeydiyyata alınmış ticarət nişanı 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102; 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51  

Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə