Rp.: Sol.Morphini hydrochloridi 1% - 1 ml
D. t.d. N. 6 in amp.
S. 1 ml dəri altına yeritməli. #
Rp.: Sol.Promedoli 2% - 1 ml
D. t.d. N. 10 in amp.
S. 1 ml dəri altına yeritməli.
MƏRKƏZİ TƏSİRİ ÜSTÜNLÜK TƏŞKİL EDƏN QEYRİ-NARKOTİK ANALGETİKLƏR
Bu qrupun əsas nümayəndələri parasetamol və nefopamdır (Panagezik) - Parasetamol (Parasetamol). Sin.: Panadol, Kalpol, Taylenol, Efferalqan.
250 və 500 mq dozalarda tablet şəklində buraxılır.
Para-aminofenol (anillin) törəməsidir. Ağrıkəsici və qızdırmasalıcı təsir göstərir.
Ağrıkəsici və qızdırmasallıcı təsiri siklooksigenazanın inhibitoru olmaqla MSS-də prostaqlandinlərin sintezinə tormozlayıcı təsir göstərməsi ilə əlaqədardır. Periferik toxumalarda prostaqlandinlərin sintezinə təsir göstərmir. Parasetamolun iltihablaradanqaldırıcı təsirə malik olmaması bununla izah edilir.
Qeyri-narkotik analgetiklər içərisində parasetamol və tərkibində parasetamol olan preparatlar çox geniş istifadə olunur. 1995-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən parasetamol, asetilsalisil turşusu (aspirin) və ibuprofen ilk yardım vasitəsi kimi istifadə olunan preparatlar siyahısına salınmışdır.
Parfasetamol zəif və orta intensivlikli ağrılarda — baş və diş ağrılarında, bel və boyun ağrılarında, menstrual ağrılarda, oynaq ağrılarında, əzələ ağrılarında (milalgiya), sinir ağrılarında (nevralgiya) və soyuqlama zamanı baş verən qızdırmanı aradan qaldırmaq üçün istifadə olunur. Daxilə təyin olunur (gündə - 2-3 dəfə 500 mq).
Dostları ilə paylaş: |