Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə110/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   106   107   108   109   110   111   112   113   ...   150
derma

Omnopon (Omnoponum).

Tərkibcə tiryək alkaloidlərinin (morfin, narkotin, papaverin, kodein və tebain) hidrogen-xlorid duzlarının qarışığından ibarət olan Yeni Qalen preparatıdır. Preparatın tərkibində morfinin miqdarı 48 - 50% təşkil edir. 1 və 2%-li məhlulları 1 m-l-lik ampullarda buraxılır.


Kodein (Codeinum)


Poroşok halında və 15 mq dozada tablet şəklində buraxılır (Natrium hidrokarbonatla birlikdə).

Tiryək alkaloididir. Kimyəvi tərkibinə görə morfindən molekulunda əlavə metil radikalının olması ilə fərqlənir (Metilmorfin). Təsirinə görə morfinə yaxındır, lakin analgeziyaedici təsiri morfinə nisbətən zəif, öskürəkkəsici təsiri isə güclü ifadə olunmuşdur. Tibbi təcrübədə əsasən kombinəedilmiş preparatların tərkibində öskürək əleyhinə və ağrıkəsici kimi (baş ağrılarında, nevralgiyalarda və s.) istifadə olunur.

«Öskürək əleyhinə tabletlər»in (Tabulettae contra tussim), piradinin (öskürək əleyhinə), sedativ preparat kimi istifadə edilən «Kodterpin» tabletlərinin (Tabulettae «Kolditerpinum»),



«Pentalgin» (ağrıkəsici) və «Sedalgin» (ağrıkəsici və sedativ) tabletlərinin tərkibinə daxildir.

Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin