Morfin və digər narkotik analgetiklərlə kəskin zəhərlənmə zamanı aşağıdakı tədbirləri həyata keçirmək lazımdır:
Zəhərin qana sorulmasına mane olmaq üçün mədə 0,1%-li kalium permanqanat məhlulu ilə yuyulur, sonra isə adsorbsiyaedici maddə- aktivləşdirilimiş kömür təyin edilir.
Zəhərin orqanizmdən xaric olmasını sürətləndirmək üçün işlədici duzlar (natrium- sulfat, maqnezium- sulfat) və sidik qovucu maddələr (furasemid) təyin olunur, venaya natrium- xloridin, yaxud qlükozanın izotonik məhlulu və plazmaəvəzedici məhlullar yeridilir, sürətləndirilmiş diurezdən istifadə edilir.
Mühüm həyati funksiyaları qoruyub saxlamaq üçün orqanizmə 2 ml 10%-li kofein məhlulu, 2 ml niketamid (Kordiamin) və 1-2 ml 0,1%-li atropine -sulfat məhlulu yeridilir. Bədən isidilir, oksigen inhalyasiyası aparılır, süni tənəffüs verilir.