Dərman formaları


Morfin (Morphine). Sin.: Morfin-hidroxlorid



Yüklə 188,74 Kb.
səhifə108/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   104   105   106   107   108   109   110   111   ...   150
derma

Morfin (Morphine). Sin.: Morfin-hidroxlorid.


Poroşok halında, 10 mq dozada tablet şəklində və 1%-li məhlulu 1 ml-lik ampullarda və şpris tubiklərdə buraxılır.

Morfinin əsas farmakoloji xassələri onun mərkəzi sinir sistemində yerləşən Opioid reseptorlara (yu, ö, k) göstərdiyi qıcıqlandırıcı təsirlə əlaqədardır. Morfin güclü ağrıkəsici təsirlə yanaşı, öskürəkkəsici təsirə də malikdir (öskürək mərkəzinə tormozlayıcı təsir göstərir).

Morfin tibbi təcrübədə kəskin ağrılarla müşayiət olunan hallarda (mexaniki zədələnmələr, yanıqlar, miokard infarktı, böyrək, baġırsaq və qaraciyər sancıları, bədxassəli şişlər, cərrahi əməliyyatlar, turşu və qələvilərlə zəhərlənmələr və s.) tətbiq edilir. Daxili üzvlərin spazmı nəticəsində baş verən ağrıları aradan qaldırmaq üçün morfin M-xolinoblokatorlarla (Atropin və s.) kombinəedilmiş şəkildə istifadə olunur. Ümumiyyətlə M-xolinoblokatorlar morfinin törətdiyi əlavə təsirlərin bir çoxunu aradan qaldırır .

Preparat daxilə (10-20 mq dozalarda) və dəri altına (1%- məhlulundan 1 ml) təyin olunur. Yüksək dozaları: birdəfəlik - 20 mq, gündəlik - 50 mq- dır.

Morfinlə kəskin zəhərlənmə şüurun itməsi, tənəffüsün səthi xarakter alması, göz bəbəklərinin daralması və bədən temperaturunun aşağı düşməsi ilə xarakterizə olunur. Zəhərlənmənin ağır hallarında xəstə tənəffüs mərkəzinin iflici nəticəsində ölə bilər.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin