Aminofillin (Aminophylline). Sin.: Eufillin.
Poroşok halında, 150 mq dozada tablet şəklində, 24%-li məhlulu (əzələdaxili inyeksiya üçün ) 1 ml-lik, 2,4%-li məhlulu (venaya yeritmək üçün) 10 ml-lik ampullarda buraxılır.
Miotrop təsirli spazmolitik maddədir. Bronxların spazmını aradan qaldırır, arterial təzyiqi aşağı salır, sidikqoyucu təsir göstərir, ürək fəaliyyətini gücləndirir, miokardın oksigenə olan təlabatını yüksəldir.
Aminofillindən əsasən bronxial astma tutmalarında, ürək astması tutmalarında, hemorragik insultda (kəllədaxili təzyiqi aşağı salmaq məqsədilə), hipertoniya xəstəliyində, beyin qan dövrani pozulduqda istifadə edilir.
Ağır bronxial astma və ürək astması tutmalarını aradan qaldırmaq üçün və həmçinin hemorragik insult zamanı preparat venaya yeridilir (5-10 ml 2,4%-li aminofillin məhlulu 10-20 ml 20 %-li, yaxud 40%-li qlükoza məhlulu ilə durulaşdırılaraq tədricən venaya yeridilir). Digər hallarda daxilə (gündə 2- 3 dəfə 100-200 mq dozalarda) va əzələ daxilinə (2,4%-li məhlulundan 1 ml) təyin edilir.
Bronxial astma tutmalarının profilaktikası üçün preparat tablet şəklində daxilə təyin olunur.
Allergik xəstəlik olduğu üçün bronxial astma zamanı bronxolitik maddələrlə yanaşı allergiya əleyhinə preparatlardan da - kromolin-natrium, zaditen, klemastin (Tavegil), mebhidrolin (Diazolin), difenhidra min (Dimedrol) — istifadə edilir (Bax: «Allergiya əleyhinə dərman maddləri», səh.438).
Bronxial astmanın uzunmüddətli müalicəsində və ağır tutmalar zamanı qlükokortikoidlərdən (Bax: «Böyrəküstü vəzilərin hormon preparatları», səh.379) istifadə olunur.
Qlükokortikoidlər (Prednizolon, Deksametazon, Betametazon və s.) həm iltihab, həm də allergiya əleyhinə təsirə malikdir.
Bronxial astma zamanı bütün qlükokortikoid və inyeksiya dərman formalarından istifadə etmək olar. Amma rezorbtiv, təsirli preparatları bir sıra əlavə təsirlərə malik olduqları üçün onların bronxial astma zamanı istifadə edilməsi o qədər də əlverişli deyildir.
Ona görə də bu məqsədlə əsasən inhalyasion dərman forması şəklində buraxılan qlükokortikoidlərdən - beklometazon, flutikazon, flunizolid, budesonid və s. istifadə olunur.
Uzunmüddətli və ağır bronxial astma tutmaları zamanı (asmatik status) prednizolon hemisuksinatın venadaxili inyeksiyasından da istifadə edilir.
Dostları ilə paylaş: |