efedrindir.
Epinefrin (Epinephrine). Sin. Adrenalin.
Tibbi təcrübədə epinefrinin - hidroxlorid (Epinephrine Hydrochloride) və hidrotartarat
(Epinephrine Hydrotartrate) duzlarından istifadə olunur.
Müvafiq olaraq 0,1 % və 0,18 %-li məhlulları 10 ml-lik flakonlarda (xaricə işlətmək üçün) və 1 ml-lik ampullarda (inyeksiya üçün) buraxılır. Epinefrinin inyeksiya dərman forması dəri altına, əzələ daxilinə, bəzən damcı üsulu ilə venaya (bunun üçün 1 ml, epinefrin məhlulu 10 ml 40 %-li qlükoza məhlulu ilə durulaşdırılmalıdır) xüsusi hallarda isə (ürək qəflətən dayandıqda) birbaşa ürəyə yeridilir.
Dostları ilə paylaş: |