Dərman formaları


Adrenalin böyrəküstü vəzilərin beyin maddəsinin hormonudur (Adrenalin adı da bununla əlaqədardır. Latın dilində «ad»



Yüklə 188,74 Kb.
səhifə71/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   67   68   69   70   71   72   73   74   ...   150
derma

Adrenalin böyrəküstü vəzilərin beyin maddəsinin hormonudur (Adrenalin adı da bununla əlaqədardır. Latın dilində «ad» - yanında, yaxınlığında, «ren» isə böyrək deməkdir). Tibbi məqsəd üçün sintetik yolla alınır.

Kollaps, şok, posthemorragik hipotenziya (qanaxma nəticəsində arterial təzyiqini aşağı düşməsi) və arterial təzyiqin aşağı düşməsinin digər kəskin formalarında (narkoz, asfiksiya, intoksikasiyalar, infeksion xəstəliklər və s.) epinefrin arterial təzyiqi yüksəltmək üçün tətbiq edilir. Onun bronxolitik təsirindən bronxial astma tutmalarını aradan qaldırmaq üçün istifadə olunur. Allergik reaksiyalarda, xüsusilə anafilaktik şok zamanı epinefrin təsirli dərman maddəsi hesab olunur. Belə ki, o, anafilaktik şokun bütün əlamətlərini (damarların genişlənməsi, arterial təzyiqin aşağı düşməsi, bronxların spazmı) aradan qaldırır. Damardaraldıcı maddə kimi yerli anesteziyaedici maddələrin məhlullarına əlavə edilir, ağız və burun boşluqlarında baş verən kapillyar qanaxmaları dayandırmaq üçün onun məhlulu hopdurulmuş tamponlardan istifadə olunur. Epinefrindən həmçinin ürəyin atrioventrikulyar blokadası və hipoqlikemik koma zamanı (Epinefrin qaraciyərdə toplanmış qlikogeni parçalayır, sərbəstləşmiş qlükoza qana keçir və nəticədə qanda qlükozanın miqdarı artır) istifadə olunur. Ürək dayandıqda ürəyin massaj edilməsi və xəstəyə süni tənəffüs verilməsi ilə eyni zamanda sol mədəcik boşluğuna 0,5 ml, 0,1%- li epinefrin məhlulu yeridilir.

Epinefrindən istifadə etdikdə başgicəllənməsi, qorxu, narahatlıq, zəiflik, taxikardiya baş verə

bilər.


Ateroskleroz, tac damar çatışmazlığı, şəkərli diabet, hipertireoz və hamiləlik dövründə

epinefrindən istifadə edilməsi əks göstərişdir.




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin