Bunlardan başqa tibbi təcrübədə əsasən anksiolitik (trankvilizator) maddə kimi tət biq olunan digər benzodiazepin törəmələri - diazepam (Relanium, Sibazon, Seduksen), femazepam və nozzepam da yuxugətirici preparat kimi geniş istifadə olunurlar.
Benzodiazepin qrupundan olan yuxu dərmanlarının (və həmçinin trankvilizatorların) təsir mexanizmində onların baş beyin toxumalarında xüsusi benzodiazepin reseptorları ilə əlaqəyə girməsi əsas rol oynayır. Bu zaman QAYT- reseptorlar (QAYT — Qamma-aminoyağ turşusu) və onlarla əlaqəli olan ion kanalları aktivlivləşir ki, bu da sinir impulslarının neyronlararası ötürülməsini ləngidir və nəticədə MSS hüceyrələrinin funksional aktivliyi zəifləyir.