Nitrazepam (Nitrazepam). Sin.: Eunoktin, Radedorm.
5 mq dozada tablet şəklinde buraxılır. Yatmazdan yarım saat əvvəl 5-10 mq qəbul edilir. Təsiri qəbul edildikdən 20-45 dəq. sonra başlayır və 6-8 saat davam edir.
Nitrazepamdan müxtəlif xarakterli yuxu pozğunluqlarında, nevrozlarda istifadə edilir. Həmçinin qıcolma əleyhinə preparatlarla kompleks şəklində epilepsiya zamanı tətbiq edilir.
Miasteniyada və hamiləlik dövründə preparatın təyin olunması əks göstərişdir.
Zopiklon (Zopiklone). Sin.: Ġmovan.
7,5 mq dozada tablet şəklində buraxılır. Orta təsir müddətinə malikdir (6-8 saat). Yuxunun əmələ gəlməsini sürətləndirir və müddətini artırır, yuxunun quruluşuna və yuxu zamanı tənəffüsün funksiyalarına müsbət təsir göstərir. Təsir mexanizmi benzodiazepin törəmələrində olduğu kimidir.
Yatmazdan 0,5 saat əvvəl 1 tablet (nadir hallarda 2 tablet) qəbul edilir.
Dostları ilə paylaş: |