Flakonlarda (125 q) buraxılır. Öskürəkkəsici və bronxgenişləndirici (bronxolitik) preparat kimi kəskin və xroniki bronxitlərdə, astmayabənzər vəziyyətlərdə istifadə olunur. Gündə 3 -4 dəfə, 1 xörək qaşığı qəbul edilir.
Prenoksdiazin (Prenoxdiazine). Sin.: Libeksin
100 mq dozada tablet şəklində buraxilir. Öskürəkkəsici təsirlə yanaşı yerli anesteziyaedici və spazmolitik təsirə malikdir.
Yuxarı tənəffüz yollarının katarında (katar- selikli qişanın iltihabı), kəskin və xroniki bronxitlərdə, bronxopnevmoniyalarda, bronxial astmada öskürəkkəsici dərman maddəsi kimi istifadə edilir. Daxilə (gündə 3-4 dəfə, 1 tablet) təyin olunur.