İnyeksiya üçün 10%-li Sulfokamfokain (Sulfocamphocainum 10% pro injectionibus).
ml-lik ampullarda buraxılır. Təsirinə görə kafura yaxındır və onun kimi istifadə olunur. Ondan fərqli olaraq yalnız dəri altına deyil, həmçinin əzələ daxilinə və venaya gündə 2 -3 dəfə 2 ml) təyin olunur. Kafura nisbətən daha tez təsir göstərir.
Bemeqrid (Bemeqride, Bemegridum).
Sintetik preparat olub, 0,5%-li məhlulu 10 ml-lik ampullarda buraxılır. Analeptik maddədir. 0,5%-li məhlulundan 5-10 ml tədricən venaya yeridilir. Əgər effekt alınmazsa inyeksiyanı 2 -3
dəqiqədən bir (inyeksiya məhlulunun həcmi 50-70 ml-ə çatana qədər) təkrar etmək lazımdır. Digər analeptiklər kimi bemeqriddən də yüksək dozalarda istifadə etdikdə qıcolma baş verə bilər.
Niketamid (Nikethamide). Sin.: Kordiamin.
15 ml-lik flakonlarda (daxilə qəbul etmək üçün) 1 və 2 ml-lik ampullarda və 1 ml-lik Şpris- tubiklərdə buraxılır.
Daxilə (gündə 2-3 dəfə, yeməkdən əvvəl 15-40 damcı), dəri altına, əzələ daxilinə və venaya (gündə 1-3 dəfə, 1-2 ml) təyin olunur.
Yüksək (toksiki) dozalarda niketamid klonik qıcolmalara səbəb ola bilər. Ona görə də qıcolmaya meylli şəxslərə niketamidin təyin edilməsi əks göstərişdir.