Kafurun 20%-li yağlı məhlulu (Solutio Camphorae oleosae 20%)
və 2 ml-lik ampullarda buraxılır. Tənəffüs və dammar-hərəkət mərkəzlərinin fəaliyyətini gücləndirir. Qarın boşluğu orqanlarının damarlarını daraldır, arterial təzyiqi yüksəldir.
Ürəyə birbaşa və reflektor yolla stimullaşdırıcı təşır göstərir. Preparat, həmçinin bəlğəmqətirici təsirə malikdir. Bu, kafurun orqanizmdən qismən bronxial vəzilər vasitəsilə xaric olması ilə əlaqədardır. Bu zaman bronxial vəzilərə yerli qıçIqlandırıcı təsir göstərərək onların şirə (bəlğəm) ifrazını gücləndirir.
Preparatdan kollaps zamanı, ürək fəaliyyətinin və tənəffüsün zəiflədiyi hallarda istifadə edilir.
Yalnız dəri altına (gündə 1-3 dəfə, 1 ml-dən 5 ml-ə qədər) təyin edilir.
Tez sorulması və infiltrat əmələ gətirməməsi üçün inyeksiyadan əvvəl preparatı bədən temperaturuna qədər isitmək, inyeksiyadan sonra isə inyeksiya nahiyəsinə isidici kompres qoymaq lazımdır.
Dostları ilə paylaş: |