25 mq dozada tablet şəklində və 1% - li məhlulu 2 ml-lik ampullarda buraxılır.
Fluoksetin (Fluoxetine). Sin.: Prozak
10 və 20 mq dozalarda kapsullarda və tablet şəklində buraxılır.
Preparatın antidepressiv təsiri 1-4 həftə müddətində qəbul edildikdə özünü göstərməyə başlayır. Amitriptilindən və imipramindən fərqli olaraq sedativ təsirə malik deyildir və toksiki təsiri nisbətən zəifdir.
Depressiyanın müxtəlif növlərində (xüsusilə qorxu və həyəcanla müşayiət olunan depressiyalarda) istifadə olunur.