Dərman formaları



Yüklə 188,74 Kb.
səhifə139/150
tarix18.01.2022
ölçüsü188,74 Kb.
#51358
1   ...   135   136   137   138   139   140   141   142   ...   150
derma

SEDATİV DARMAN MADDƏLƏRİ

MSS-də sakitləşdirici təsir göstərən dərman maddələri sedativ maddələr adlanır (lat. Sedatio-

sakitləşmə).

Bu qrupa daxil olan preparatlar trankvilizatorlara nisbətən MSS-ə zəif sakitləşdirici təsir göstərir və bu səbəbdən də nevrozların müalicəsində trankvilizatorlar qədər effekt yaratmır. Buna baxmayaraq hazırda nevrozların müalicəsi üçün yuxu dərmanları və trankvilizatorlarla yanaşı sedativ maddələrdən də geniş istifadə olunur.

Sedativ maddələrə brom duzları, piĢikotu preparatlarıvə s. aiddir.



Brom duzları




Natrium-bromid (Natri bromidum).


Poroşok halında, 500 mq dozada tablet şəklində və 3%-li məhlul halında buraxılır.

Tablet, məhlul və mikstura şəklində daxilə təyin olunur (gündə 3-4 dəfə, yeməkdən əvvəl 100 mq -l q dozalarda).


Kalium-bromid (Kali bromidum).


Poroşok halında və 500 mq dozada tablet şəklində buraxılır.

Natrium-bromidlə eyni dozalarda daxilə təyin olunur (yeməkdən əvvəl).

Hər iki preparatdan nevrasteniyalarda, nevrozlarda, əsəb gərginliyində, yuxusuzluqda, hipertoniya xəstəliyinin erkən formalarında və epilepsiyada istifadə olunur.

Bromidlərdən uzun müddət istifadə edildikdə onlar orqanizmdə toplanaraq (maddi kumulyasiya) xroniki zəhərlənməyə - bromizmə səbəb ola bilər, Bromizm əlamətləri meydana çıxdıqda (zökəm, öskürək, konyunktivit, ümumi əzginlik, dəri səpgiləri, hafizənin zəifləməsi, yuxuya meyllik) preparatın


qəbulunu dayandırmaq lazımdır. Yüksək dozalarda (10,0-200 q) xörək duzu və çoxlu maye (3-5 litrə qədər su) qəbul edildikə bromidlərin orqanizmdən xaric olması sürətlənir.


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   150




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin