Təsir mexanizminə görə analeptik maddələr 3 qrupa bölünür:
Reflektortəsirli
Birbaşatəsirli.
Qarışıqtəsirli.
Reflektor təsirli analeptiklər ümumi yuxu arteriyasında yerləşən karotid kələflərin n- xolinoreseptorlarını qıcıqlandırmaqla reflektor yolla (sinir impulsları karotid koloflordon hissi sinirlərlə tənəffüs mərkəzinə ötürülür) tənəffüs mərkəzini oyadır. Reflektor təsirli analeptiklər tənəffüs analeptikləri də adlanır. Çünki onlar yalnız tənəffüs mərkəzini stimullaşdırır, damar-hərəkət mərkəzinə isə təsir göstərmirlər. Bu qrup analeptiklərə n-Xolinomimetik maddələr — sititonvəlobelinaiddir.
Bu preparatlar tənəffüs mərkəzinin reflektor oyanıqlığı pozulduğu hallarda (məs., yuxu dərmanları və narkotik maddələrlə zəhərlənmə zamanı) tənəffüsü bərpa edə bilmir, Hazırda bu preparatların tətbiqi məhdudlaşdırılmışdır.