Kofein natrium-benzoat (Coffeinium-natrii benzoas).
Poroşok halında, 100 və 200 mq dozalarda tablet şəklində, 10 və 20%-li məhlulları 1 və 2 ml-lik ampullarda və 1 ml-lik şpris tubliklərdə buraxılır.
Farmakoloji xassələri, tətbiqinə aid göstəriş və əks göstərişlər kofeində olduğu kimidir. Daxilə (gündə 2-3 dəfə, 100-200 mq. Dəri altına (10 və 20%-li məhlulundan 1 ml) təyin edilir.
Mezokarb (Mesocarbum). Sin.: Sidnokarb.
A siyahısına daxildir. 5; 10 və 25 mq dozalarda tablet şəklində buraxılır. Daxilə (gündə 1 -2 dəfə, 5 mq dozada günün birinci yarısında, yeməkdən əvvəl qəbul edilir) təyin olunur.
Mezokarb noradrenalini vezikullardan sixışdıraraq onun sinaptik yarığa keçməsinə səbəb olur və beləliklə mərkəzi sinir sisteminə noradrenergik təsiri aktivləşdirir.
Mezokarbdan ümumi zəiflikdə, asteniyada, narkolepsiyada (yuxuya patoloji meyllik) istifadə olunur.
Mezokarbdan istifadə edərkən tədricən ona qarşı asılılıq vəziyyəti yaranır.
Dostları ilə paylaş: |